İş Həyatında Uğur Əldə Etməyin Özünəməxsus Qaydaları

0
1837
İş Həyatında Uğur Əldə Etməyin Özünəməxsus Qaydaları

İş həyatında uğurlu olmağı hər kəs istəyir.Ancaq uğurlu olmaq üçün əziyyətli və sərt yollardan keçmək lazım olduğunu yəqin ki bilirsiz.Lakin "olmayacaq" deyə bir şey yoxdur. Uğur əldə etməyin də özünə məxsus qaydaları var:

Tanımaq. 
Özümüzü tanımalıyıq.Hansı tərəflərimiz gücsüz, hansılar güclü, hansı sahələrdə daha uğurlu ola bilərik? Bunları bilmək lazımdır.Beləliklə, iş həyatında uğurlu olmaq üçün daha bacarıqlı olduğumuz sahəyə doğru irəliləməyimiz lazımdır, daha çox pul qazandırana deyil. Əgər işimizi yaxşı bacarsaq  onsuz da hər işdən yaxşı gəlir əldə edə bilərik.
 
Hədəf.
Nə edib, nə edə bilməyəcəyimizi bilərək hədəf qoymalıyıq.Həqiqi olmayan hədəflər qoymaq, ya da konkret bir hədəf qoymamaq uğur qazanmağınıza hər zaman əngəl törədəcək.
 
İnanmaq. 
Qarşınıza qoyduğunuz hədəfə çatacağınıza inanmalısız.Belə olmasa uğur qazana bilmərsiz.İnanmaq lazımdır, amma hər hansı bir xəyala deyil. Bacarmaq üçün lazımlı məlumat, təcrübə və resurslarınız var?Bu məsələləri özünüzdən ümumi olaraq soruşun. Həqiqətən bacara bilərsinizmi? Əgər "bəlkə" deyə yola çıxsanız sona irəliliyə bilməzsiniz.
 
Qərarlı olmaq.
Adətən bir çoxumuz sürətli başlayıb, tez yoruluruq. Uğurun həmişə tez gəlməsini istəyərik. Amma əvvəldə də dediyimiz kimi uğuru əldə etmək əlbəttə ki, asan deyil, səbr tələb edir. İş həyatında büdrəsək belə, qalxıb yolumuza davam etməli, sınamaqdan bezməməliyik.
 
Uğurun əvəzini ödəməyə hazır olun.
Hər şeyin olduğu kimi uğurun da bir qarşılığı vardır.Uğurlu olmaq üçün vaxt və pul lazım olduğunu hər kəs bilir.Yalnız o qədər deyil. İş həyatında uğurun əvəzi olaraq bəlkə əxlaqi dəyərləriniz, bəlkə sizə olan etibar və inam, bəlkə də həyat yoldaşı, dost və ətrafınızdakıları itirmək ola bilər. Bu əvəzləri ödəməyə hazırsınızmı? Ya da nə qədərini ödəyə bilərsiniz? Hər kəsi aldadaraq yaxşı bir siyasətçi, ya da rəhbərlərinizə yaltaqlıq edərək yaxşı maaşlı bir idarəçi ola bilərsiniz. Əvəzini ödəyə bilməyəcəyiniz heç bir işə girişməyin, yoxsa yarıda buraxmaq məcburiyyətində qalarsınız.
 

ŞƏRH YAZIN