Mükəmməl komanda yaratmaq üçün 5 Qızıl Qayda

0
3668
Mükəmməl komanda yaratmaq üçün 5 Qızıl Qayda

Konkret məqsədlərə istiqamətlənmiş və birgə effektiv işləməyi bacaran böyük komandaya malik olmaq iş dünyasının inkişafı üçün çox əhəmiyyətlidir.

Komandanı təşkil etmək müəyyən vaxt tələb edir. Biznes üçün uğurlu komanda yaratmaq istəyirsinizsə, aşağıdakı 5 qızıl qayda sizə kömək ola bilər:
 
1.Aydın gözləntilər: Əmin olmaq lazımdır ki, gözləntilərinizi aydın ifadə etmisiniz və hər kəs öz rolunu, komandanın ümumi məqsədlərini anlayıb. Yəni komanda öz işini sizin şəxsi biznesinizin məqsəd, dəyər və baxışlarına necə uyğunlaşdırmalı olduğunu bilsin.
 
2.Rollar və öhtəliklər: Biznesdə rolunuzun nə olduğunu dərk edin. Əgər biznesinizin müvəffəqiyyət qazanması üçün vacib olan məsələlərə dair bacarığınız yoxdursa, onda onları daha tez və yüksək səviyyədə həyata keçirmək üçün bu işi təcrübəsi olan başqa insanlara həvalə edin. Bu, sizə təcrübə toplamaq üçün daha çox vaxt qazandıracaq, gəlirinizi artıracaq və həmçinin məqsədlərinizə daha tez çatmağa kömək olacaq.
 
3.Resurslar və alətlər: Tapşırıqlarını daha yaxşı yerinə yetirə bilmələri üçün komanda üzvlərinə lazımi resurslar verin. Onlar hansısa layihəni həyata keçirməzdən əvvəl pul və resurslar barədə məhdudiyyətlər varsa, bu haqda bilməlidirlər. Öz tapşırıqlarını effektiv şəkildə yerinə yetirə bilmələri üçün işçilərə sərbəstlik verin və öhtəliklərini anlamalarına şərait yaradın.
 
4.Liderlik və əməkdaşlıq: Əmin olmaq lazımdır ki, siz komandaya yaxşı liderlik edirsiniz və komanda üzvləri onlardan nələrin gözlənildiyini başa düşüblər. Əgər üzvlər hər hansı bir layihə üzərində birlikdə işləyirsə, hamının əməkdaşlıqda fəal iştirak etməsini, bir-birlərinin rol və vəzifələrini anlamalarını təmin edin.
 
5.Şəffaf ünsiyyət: Tələblərinizdə ciddi olun. Komanda bilməlidir ki, siz onlardan konkret nə istədiyirsiniz, tapşırıqların son tarixə qədər yerinə yetirilməli olduğundan və məqsədlərinizin nə olduğundan xəbərdar olmalıdır. Onlarla daima ünsiyyətdə olun və beləliklə, onların hər zaman iş həyatında, biznesdə hansı yeniliklərin olduğundan xəbəri olacaq, özlərini təcrid olunmuş hiss etməyəcək və sizin onlara etinasız yanaşdığınızı düşünməyəcəklər.
 

ŞƏRH YAZIN