Qısqanclıq Duyğusunu Necə İdarə Etmək Olar?

0
2569
Qısqanclıq Duyğusunu Necə İdarə Etmək Olar?

Özgüvəninizi artırmağa çalışın.

Özgüvən önəmlidir. Unutmayın ki, özgüvəni artırmaq qısqanclığı idarə etmək üçün başlıca addımdır. Nə qədər özgüvənli olsanız bir o qədər dəyərli olarsınız və bunu qarşınızdakı insana da ötürmüş olarsınız. Özgüvəni yüksək olan bir adam, münasibəti doğru aparmağı bacarar. Dəyərli olduğunuzun fərqinə varın və əgər qarşınızdakı insan sizə layiq olduğunuz dəyəri vermirsə, o insandan uzaqlaşın.
 
Hisslərinizin əsiri olmayın.
 
Hisslərinizin sizi ələ keçirməsinə icazə verməyin. Bunun üçün hisslərinizin fərqinə varıb sizi ələ keçirməsinə əngəl olun. Sevdiyiniz insanları qısqandığınız üçün əsla özünüzü günahlandırmayın. Çünki bu ürəyinizdən gələn və insanlara necə dəyər verdiyinizi göstərən təbii bir duyğudur. Əsas odur ki, duyğunuzun fərqinə varın, əsirinə çevrilməyin. Önəmli olan isə sevdiklərinizlə duyğularınızı paylaşmağınızdır. Belə olduqda zamanla duyğularınızın əsiri olmaqdan xilas olmuş olacaqsınız. 
 
Problemin dərininə gedin.
 
Qısqanclıq səbəbinizin nə olduğunu bilirsinizmi? Bəs səbəb məntiqə uyğundurmu? Qısqanclıq duyğunuz, sizə bir yerlərdə həll etməniz lazım olan bir problem olduğunu söyləyər. Burada etməniz lazım olan qısqanclıq duyğunuzun mənşəyinə enmək, problemi təsbit etməkdir. Əgər etibarlı bir səbəbiniz varsa, problemi həll edə bilər, səbəb kifayət qədər təsdiqlənə bilər deyilsə, problemi başınızdan ata bilərsiniz.
 
Müsbət düşüncələrinizə və fərdi inkişafınıza fikrinizi cəmləşdirin.
 
Zehniniz sizə oyunlar oynaya bilər və düşüncələrinizin bəzən nəzarət edilməsi lazımdır. Duyğularınızın həyatınızı ələ keçirməsinə icazə verməyin. Siz yalnız öz hərəkətlərinizdən cavabdehsiniz, başqalarınkından deyil. Bir şey üzərinə çox baş yorar və enerjinizi tükətsəniz, onun bir şəkildə həyatınıza girməsini təmin edərsiniz. Bunun yaxşı ya da pis olması da sizin əlinizdədir. Qısqanclıq kimi mənfi duyğularla zehninizi məşğul etmək yerinə, başınızı müsbət düşüncələrlə doldurun. Qısqanclıq, narahatlıq kimi mənfi duyğular eyni zamanda sizi stress altına alar və sağlamlığınızı təhdid edər. Nəyi istəmədiyinizi deyil, nə istədiyinizi fikirləşin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN