Sağlam Həyatın 9 Qaydası

0
3336
Sağlam Həyatın 9 Qaydası

Həyatda hər şeyin başı sağlamlıqdır - deyə boş yerə deməyiblər. Xəstələndikdə və ya özümüzü bir az olsun pis hiss edəndə kefimiz qaçar və tez bir zamanda sağalıb səhhətimizə qovuşmaq üçün gün sayarıq. Xoşbəxt və firavan həyatın yolu sağlam olmaqdan keçdiyi üçün sağlamlığımızı qorumağa yönələn tədbirlər görməyimizdə fayda var.

Sağlam həyat üçün bir neçə qaydaya riayət etməyimiz lazımdır. Bəs bu qaydalar nələrdir?
 
1. İdman etməyə diqqət göstərməliyik.
 
2. Sağlam qidalanmalıyıq. Yağlı yeməklərdən uzaq dayanıb, hədsiz yeməkdən çəkinməliyik. Səhər yeməyindən heç vaxt imtina etməməli, bol-bol meyvə-tərəvəz yeməliyik.
 
3. Gün ərzində davamlı oturmamalı, arada hərəkət halında olmalıyıq.
 
4. Spirtli içkiləri və siqareti dayandırmalıyıq.
 
5. Fərdi təmizliyə və çevrə təmizliyinə əhəmiyyət verməliyik.
 
6. Stressdən uzaq durmalıyıq.
 
7. Yuxu rejiminə diqqət etməliyik.
 
8. Gərgin iş rejimindən uzaq durmalıyıq.
 
9. Həftədə bir dəfə də olsa, şəhərin stressli həyatından uzaqlaşaraq təbiət ilə baş-başa qalmalıyıq. Bu həm ruhumuza, həm də sağlamlığımıza yaxşı gələcəkdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN