Ən Varlı İnsanların Uğur Qazanma Səbəbləri

0
1814
Ən Varlı İnsanların Uğur Qazanma Səbəbləri

Amerikalı ekspertlər dünyanın ən varlı insanlarının bəzilərindən müsahibə alaraq, onların uğur əldə etmələrinin, əsas fərqləndirici faktorlarını ortaya qoyublar. Bu mövzu ilə bağlı onlarla milyarder öz fikrini bildirib.
 
Bütün uğurlu insanlar etiraf ediblər ki, biznet fəaliyyətlərində ən azı bir dəfə də olsa səhvə yol verib, müflis olublar. Lakin, özlərinə inam onları yollarına davam etməyə vadar edib. Uğurlu insanların birinci sirri ondan ibarətdir ki, onlar uğursuzluqdan qorxmurlar.
 
Həqiqətən də insanların həyat tərzlərinə baxdıqda, bunun belə olduğunun bir daha şahidi olursan.Kasıb insanların demək olar ki, hamısı riskə getməkdən, nə isə itirməkdan qorxduqlarından həyatlarında nəzərə çarpacaq heç bir irəliləyiş etmirlər. Məhz buna görə də onlar, günü-gündən müflisləşir, riskdən qorxmayan, yıxıldıqdan sonra bir də ayağa qalxıb yeriməkdən çəkinməyən insanlar isə günü-gündən varlanırlar.
 
“Həqiqi varlı insanların ikinci sirri ondan ibarətdir ki, onlar yeni gəlir mənbələri ilə yaranmış problemlərin həllinə kreativ yanaşırlar” – deyə Forbes bildirir. Varlılara əldə etdikləri az görünür və onlar daha böyük uğurlar əldə etmək istəyirlər.
 
Əlbəttdə ki, kasıb düşüncəli insanlar, bu cür varlıları acgöz və xəsis kimi baxmağa öyrəşiblər. Ancaq, bu cür düşünən insanlar qorxaq və nəyə qadir olduqlarını bilmədiklərindən, həmin insanlara həsədlə baxır və öz paxıllıqlarını xəstəlik kimi başqalarına da yaymağı bacarırlar. Əslində isə uğurlu insanlar əldə etdiklərindən, daha çoxunu əldə edə biləcəklərini çox gözəl anlayırlar və hər bir növbəti uğur yeni dad verir.
 
Fərqi tutdunuzmu? Kasıb düşüncəli insanlar hər zaman başqalarının əldə etdikləri barədə danışır, onların uğurlarına skeptik yanaşırlar. Varlı və uğurlu insanları isə öz düşüncələrindən başqa kimsənin onlar barədə nə düşündükləri maraqlandırmır, çünki onlar nə istədiklərini çox gözəl bilirlər.
 
Növbəti sirrin isə uğurlu evlilik olduğunu bütün varlı insanlar boyunlarına alırlar. Lakin, uğurlu evlilik dedikdə, heç də varlı bir ailənin qızını almağı nəzərdə tutmurlar. Onların dediklərinə görə “Mütləq olaraq elə bir qadınla evlənməlisən ki, o sənin bütün işlərində sənə dəstək olmaqla yanaşı, sənin uğur əldə edərək yüksəklərə qalxacağına səmimi qəlbdən inanmalıdır.”
 
Ona görə də, evlənməmişdən öncə gələcək həyat yoldaşınızı varlı olub olmamasına baxmayın, əksinə sizi qədər yüksəkdə gördüyünü və görmək istədiyini öyrənin. Ümid edirəm bir çoxunuz bu sirrləri bilir və bunlara əməl edir. Bilməyənlər isə öyrənsin. Uğurlar!
 

 

ŞƏRH YAZIN