Biznes və Rəqabət

0
2803
Biznes və Rəqabət

Biznesdə uğurun əsas elementlərindən biri də rəqabətin aydın dərk edilməsidir. Hətta sizin məhsul və ya xidmətiniz bazardakı boşluğu doldura bilsə də digər şirkətlər həmin müştərilərin ehtiyaclarını ödəmək üçün başqa alternativlər təqdim edə bilərlər. Rəqabət haqqında düşünərkən öyrənəcəyimiz əsas amil alıcıların hansı məhsulu və xidməti digərindən daha üstün tutduğudur.

Rəqabətin iki forması var:
1. Birbaşa (eyni bir məhsulun satışında yaranan rəqabət) 
2. Dolayı (eyni bazarda rəqabət) ola bilər. Rəqabətin növündən asılı olmayaraq onun intensivliyi biznesdə uğura hərtərəfli təsir edir. Buna görə də sənayedə başqalarından daha üstün olduğunuza əmin olmaq üçün biznesdə rəqabətin bütün növlərini nəzərə almağınız mütləqdir. 
 
Birbaşa rəqabət
Oxşar məhsul və ya xidmət təklif edən bizneslər arasında yaranan birbaşa rəqabətdir. (Məsələn, Burger King və McDonald's)
Müştərilər bir şeyi haradan almalı olduqlarına qərar verərkən məkan, qiymət, xidmət səviyyəsi və məhsulun keyfiyyəti arasındakı fərqi nəzərə alırlar. Ancaq bu o demək deyil ki, bütün müştərilər bu xüsusiyyətləri eyni ölçüdə qiymətləndirirlər və məhz buna görə rəqabət yaranır. Biznesin mövqeyini təyin etməklə müxtəlif növ istehlakçıya sahib ola bilərsiniz. Məsələn, varlı istehlakçıları hədəf alan bizneslər üçün qiymətlə bağlı rəqabət aparmaq mənasızdır, lakin biznesdə hədəf auditoriyası işçi təbəqədirsə, rəqiblərdən biri eyni məhsulu daha sərfəli qiymətə təklif edə bilər. Yəni, rəqibinizin mövqeyini müəyyənləşdirməklə onun biznesindəki boşluqları öyrənib, bundan faydalana bilərsiniz.
 
Dolayı rəqabət
Dolayı rəqabət birbaşa rəqabətdən ona görə fərqlənir ki, burada fərqli məhsul və xidməti təklif edən, lakin eyni qrup istehlakçıları hədəfləyən və onların eyni ehtiyaclarını təmin etmək məqsədi daşıyan bizneslər arasında yaranır. Buna həmçinin, əvəzetmə də deyilir.
Müştərilərin ehtiyaclarını maksimum dərəcədə təmin edə bilmək üçün mümkün olan bütün yolları nəzərə almaq və rəqabəti ələ almaq üçün düzgün strategiya yaratmaqla siz özünü bazarda unikal və rəqibsiz hesab edən digər biznes sahibləri üzərində üstünlüyü qazana bilərsiniz.
 
 

ŞƏRH YAZIN