Müsbət Enerjinizi Insanlara Da Ötürün

0
2367
Müsbət Enerjinizi Insanlara Da Ötürün

Hər zaman optimist olmağa çalışın. Sizin enerjiniz yüksək olsun ki, ətarfınıza da o pozitiv enerjidən ötürə biləsiniz.

1. Gülümsəyin.
 
Gülmək sizi və ətrafınızdakıları müsbət bir ruh halına salar. Qəmgin olsanız belə gülün və yaratdığı təsiri özünüz görəcəksiniz.
 
2. Sizi məyus edən mahnılar dinləməyin.
 
Dinlədiyimiz musiqi ruhi vəziyyətimiz üzərində son dərəcə təsirlidir. Sizi depresiyaya salan, acı verən, kədərli musiqilər yerinə canlandıran, xoşbəxt edən mahnılar seçin. Bu mahnıları ətrafınızla da paylaşın.
 
3. Qucaqlaşın.
 
Qucaqlaşmaq da gülmək kimi sadə, amma təsiri böyük sehrli davranışlardandır. Yaxınlıq və səmimiyyət dərəcəsinə görə qucaqlaşmaqdan çəkinməyin.
 
4. Dinləyin.
 
Bəzən kömək filan deyil qarşınızdakı adamın istədiyi. Yalnız danışmağa və bəzilərinin özünü dinləməsinə ehtiyacı vardır. Bu cür vəziyyətlərdə mühakimə etmədən və sorğulamadan yalnız dinləyin.
 
5. Cəsarətləndirin.
 
Dünyada cəsarət qırıcı kifayət qədər şey var onsuz da. Xəbərlər, qəzetlər, qonşu, yoldaş, dost pis xəbərlər verib durmurlarmı? Yüksək potensialı olan çox adam, sırf cəsarət qırıcı şeylərdən ötəri müvəffəqiyyətsizliyə uğramaqdadır. Bu səbəblə ətrafınızdakı kəslərə dəstək olun, cəsarətlərini qırmayın, xəyallarına hörmət edin.
 
6. Təriflərinizi səmimi qəlbdən edin.
 
İltifat və komplimentlərinizdə içdən olun, şişirtməyə qaçmayın. Adamın görünüşü və ya hər kəs tərəfindən bilinən xüsusiyyətləri yerinə çox bilinməyən istiqamətlərini öyrənin. Onun üçün qiymətli olan fərdi xüsusiyyətlərinə əhəmiyyət verin. Məsələn, müsbət tutumlu oluşuna. İltifat seçəcəksinizsə, bunun haqqında gözəl şeylər söyləyərək təqdim edin.
 
7. Sürətli və praktik həllər gətirin.
 
Bəzən qarşınızdakı adamın cəsarətə deyil də praktik həll yollarına ehtiyacı vardır. Bir kağız dəsmal, bir stəkan su və ya sərinləmək üçün bir yelpik olar ehtiyacı. Bəlkə də avtomobildən enərkən tarazlığını itirməmək üçün əlinizi tutmaq istəyir. Bu növ praktik yardımlara oyanıq və istəkli olun.
 
8. Perspektifinizi bölüşün.
 
Bəzən birəni dəvə edərik. Bəzən də ciddi mövzulara əhəmiyyət vermərik. Qarşınızdakı adamın bu səhvə yol verdiyini görsəniz öz fikirinizi deyin. Beləcə həmsöhbətinizin özünü çox üzən vəziyyətin əslində gülüb keçiləcək bir şey olduğunu görməsini təmin edərsiniz.
 
9. Müsbət duyğular inkişaf etdirin.
 
Duyğular yoluxucudur. Müsbət düşüncəni bulaşdırmaq üçün də müsbət və optimist yanaşma inkişaf etdirin. Gülümsəmək yanında həyata dəyər verin, müsbət xatirələrinizi xatırlayın. Beləcə müsbət duyğu və düşüncəyə doğru sıçrayış reallaşdırarsınız.
 
10. Kiçik nəzakət qaydalarına diqqət edin.
 
Qapıdan içəri girərkən prioriteti yanınızdakı adama verin, çərəz, biskvit kimi şeylər yeyirsə, ikram edin, avtobusda yaşlı ya da ehtiyac halında olanlara yer verin, qapıdan keçdikdən sonra dərhal ardınızda birinin olduğunu fərq etsəniz qapını tutun. Bunlar kiçik, amma incə şeylərdir, diqqət etdiyiniz təqdirdə nəzakətinizlə qarşınızdakını məmnun etməklə qalmaz, sehirləyərsiniz.
 
11. Müsbəti başqalarına keçirin.
 
Bir yoldaşınız sizə müsbət bir şey söylədi ya da belə bir hərəkət etdisə, sizə keçən bu müsbət ruh halını siz də başqalarına keçirin. Gözəl bir şey söyləyin, bir jest edin ki, müsbət zəncir sürətlə böyüsün ətrafınızda.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN