Xoşbəxt Olmaq Üçün Bunları Unutmayın!

0
3022
Xoşbəxt Olmaq Üçün Bunları Unutmayın!

Günə gözəl bir şəkildə və güclü başlamaq üçün bəzi şeyləri unutmamalıyıq. Nə qədər güclü, ağıllı və gözəl olduğunuzu xatırlamağınız və ya bunun fərqində olmağınız sizə çətin gəlsə də, bu həqiqəti heç yadınızdan çıxartmamalısınız. İstədiklərinizi əldə etmək üçün çalışmaqdan qaçmamalı və uğursuzluqdan qorxmamalısınız. Xoşbəxt və özünüzə inamlı olmaq üçün aşağıdakıları heç vaxt düşüncələrinizdən çıxarmayın.

1. Qorxunun sizə qalib gəlməsinə icazə verməyin; Hamımızın müəyyən qorxuları vardır. Bəzilərimiz uğur qazanmamaqdan, bəzilərimiz rədd edilməkdən, bəzilərimiz isə axmaq vəziyyətə düşməkdən qorxarıq. Çox zaman da qorxularımızın bizə qalib gəlməsinə icazə verərik, çünki bu daha asandır. Amma siz bunu etməyin. Qorxulara məğlub olmaq doğru deyil. Özünüzə güvənin və qorxularınıza qalib gəlin. Özünüzü nə qədər xoşbəxt və yaxşı hiss edəcəyinizi görəcəksiniz.
 
2. İlk addımı atmaqdan çəkinməyin; Hamımız özümüzü sonunu bilmədiyimiz hadisələrin içərisində görə bilərik. Belə vəziyyətlərdə ilk addımı atmaq çətin ola bilər, amma unutmayın ki, yeni bir şeyə başlamağın yolu ilk addımdan asılıdır. Bu yeni yolda atdığınız hər yeni addım daha da asanlaşacaq və sonunu görməyinizi təmin edəcək.
 
3.  Özünüz olun; Olduğunuzdan fərqli davranmaq çox yorucudur. Özünüz kimi davranmaq çox daha asandır. Səhvlərinizi qəbul edin və özünüzü olduğunuz kimi sevin. İnsanlar sizi olduğunuz kimi sevməlidir, başqası kimi davrandığınız üçün yox.
 
4. Özünüzün ən yaxşı dostu olun; Belə bir qayda var: Özünüzə necə davranılmasını istəyirsinizsə, başqalarına da elə davranın. Amma bu qaydanı da unutmayın: Başqalarının sizə necə davranmasını istəyirsinizsə, özünüz-özünüzə də elə davranın.
 
5. İstədiyiniz kimi yaşayın; İstədiyiniz şeyləri edin. Əgər istədiklərinizi həyata keçirsəniz, həyatınızı daha xoşbəxt və ürəyiniz istəyən kimi yaşayarsınız.
 

ŞƏRH YAZIN