Bir həyat dərsi...

0
6517
Bir həyat dərsi...

Bir zamanlar, hər şeydən deyinən, hər gün həyatının nə qədər bərbad olduğundan şikayətlənən bir qız var idi. Həyat, ona görə çox pis idi və davamlı döyüşməkdən, mübarizə aparmaqdan yorulmuşdu. Bir problemi həll etməmiş, yeni birisi çıxırdı. Gənc qızın bu şikayətlənmələri qarşısında, peşəsi aşbazlıq olan atası ona bir həyat dərsi verməyi düşündü.

Bir gün onu mətbəxə apardı. Üç ayrı qazanı suyla doldurdu və atəşin üzərinə qoydu. Qazandakı sular qaynamağa başlayınca, birinə bir kartof, digərinə bir yumurta, sonuncusuna da qəhvə dənələrini qoydu. Daha sonra qızına tək bir söz demədən, gözləməyə başladı. Qızı da heç bir şey anlamadığından sadəcə seyr edirdi və sonunda qarşılaşacağı şeyi gözləyirdi. Amma, o qədər səbirsiz idi ki, sızlanmağa və daha nə qədər gözləyəcəklərini soruşmağa başladı. Atası onun bu təkidli suallarına cavab vermədi. İyirmi dəqiqə sonra, ata, qazanların altındakı atəşi söndürdü. Birinci qazandan kartofu çıxardı və bir qaba qoydu. Ikincisindən yumurtanı çıxardı, onu da bir qaba qoydu. Daha sonra ən sonda qəhvəni bir fincana boşaltdı.
Qızına dönərək soruşdu:
Nə görürsən?
- Kartof, yumurta və qəhvə? – deyə lağ edərək bir cavab verdi.
- Ata, daha yaxından bir də bax, kartofa toxun! – dedi.
Qız deyiləni etdi və kartofun yumşalmış olduğunu söylədi.
- Eyni şəkildə, yumurtaya da bax. 
Qız, qabığını soyduğu yumurtanın qatılaşdığını gördü.
Ən sonunda, qızının qəhvədən bir qurtum almasını söylədi.
Söyləniləni edən qızın üzünə, qəhvənin nəfis dadıyla bir gülümsəmə yayıldı. Amma yenə də bütün bunlardan bir şey anlamamışdı:
- Bütün bunlar nə mənaya gəlir ata?
Atası, kartofun da, yumurtanın da, qəhvə dənələrinin də eyni çətinliyi yaşadıqlarını, yəni qaynar suyun içində qaldıqlarını izah etdi. Amma hər biri bu çətinlik qarşısında fərqli – fərqli reaksiyalar vermişdilər. Kartof daha əvvəl sərt, güclü görünərkən, qaynar suyun içinə girincə yumşalmış və gücdən düşmüşdü. Yumurtanın isə xarici çox sərtdir və qırılmağa meyillidir, xaricindəki incə qabığın içindəki mayeni qoruyurdu. Amma, qaynar suda qalınca, yumurtanın içi sərtləşmiş və qatılaşmışdı. Ancaq, qəhvə bambaşqa idi. Qaynar suyun içində qalarkən, özləri dəyişdiyi kimi suyu da dəyişdirmişdi və ortaya tamamilə yeni bir dad və yeni bir görüntü çıxmışdı.
- Sən hansısan? – deyə soruşdu qızından.
 
Bir çətinlik qapını döyəndə necə reaksiya verəcəksən? Kartof kimi yumşalıb əzilə bilərsənmi? Yumurta kimi, ürəyinimi qatılaşdıracaqsan? Yoxsa qəhvə dənəsi kimi, başına gələn hər hadisənin duyğularını yetkinləşdirməsinə və həyatına ayrı bir dad qatmasına icazəmi verəcəksən?
 

ŞƏRH YAZIN