Çətinliklərlə Başa Çıxmağın Yolu

0
2879
Çətinliklərlə Başa Çıxmağın Yolu

Müəllim dərsdə su dolu bir stəkanı qaldırıb şagirdlərinə sual verir: Bu su dolu stəkanın ağırlığı nə qədərdir?

200 qr ilə 400 qr arasında deyə şagirdlər cavab verirlər. Müəllim isə qarşılığında söyləyir ki;
 
-Stəkanın ağır olmağı vacib deyil.Hər kəs asanlıqla qaldıra bilər.Vacib olan stəkanı nə qədər uzun müddət əlinizdə tutduğunuzdur.Əgər, bir neçə dəqiqə tutsanız, ağırlığı hiss etməzsiniz.Amma daha uzun müddət tutsanız, stəkan ağır gəlməyə başlayacaq və qolunuzda bir ağrı hiss edəcəksiz.Əgər,daha uzun müddət tutsanız, qolunuz dözülməyəcək qədər ağrıyacaq və artıq hərəkət edə bilməyəcək hala gələcəkdir.Əslində stəkanın ağırlığı eynidir ancaq nə qədər uzun müddət tutsanız, stəkan sizə daha çox ağır gələcəkdir.
 
Daha sonra müəllim izah etməyə davam etdi:
 
-Əgər çətinlikləriniz balaca olsa belə  davamlı yanınızda daşısanız, heç dincəlməsəniz sonunda çətinlikləriniz dözülməyəcək vəziyyətə gələcəkdir.İşdəki çətinliklərinizi evə daşısanız,dayanmadan çətinliklərinizlə sıxlaşsanız,həyatınız çəkilməz bir hala gələcəkdir.Etməyiniz lazım olan stəkanı yerə buraxıb bir müddət dincəlmək və daha sonra qaldığınız yerdən davam etməkdir.
 

ŞƏRH YAZIN