Çevrənizdə Necə İnsanlar Olmağı Vacibdir

0
2459
Çevrənizdə Necə İnsanlar Olmağı Vacibdir

Çevrənizi yaxşı işlərlə məşğul olan və maraqlı məqsədləri ilə ruhlandıran insanlarla genişləndirin və onlara mümkün qədər çox vaxt  ayırın. Planlarınızı, sizin hər bir addımınızda yanınızda olan sizin düşüncələrinizi dəstəkləyən insanlarla bölüşün.

Əgər siz normal çəkiyə düşmək istəyirsinizsə artıq istədiyi fikizi formanı əldə edə bilən insanlarla münasibət qurun. Onların ruh halı sizin də əhvalınıza təsir edəcək.O zaman başa düşəcəksiz ki, siz də onlar kimi uğurlar əldə edə bilərsiz. Belə insanların çevrəsi çox güclü motivasiya faktorudur.
 
Əgər siz öz işinizi qurmaq istəyirsinizsə o sahə üzrə işləyib təcrübəsi olan insanlarla münasibət qurun, çünki onlar sizi hədəfə doğru istiqamətləndirəcəklər.
 
Pozitiv düşüncə içində olmaq üçün sizi əhatə edən neqativ düşüncəli insanlardan, neqativ təsir bağışlayanlardan özünüzü uzaqlaşdırmalısız.
 
Gələcəyini bilmək istəməyən çox az adam ola bilər.Çevrəmizdəki insanlara nəzər yetirərək vaxtımızın çox hissəsini onlarla keçirdiyimizi dərk edirik.Əgər gördüklərimiz xoşumuza gəlmirsə ətrafımızı dəyişməliyik.İnsanların uğursuzluğa uğramasının səbəblərindən biri də onların özlərinə uyğun olmayan çevrəsidir. Bu isə vaxt itkisi deməkdir.
 

ŞƏRH YAZIN