Kar qurbağanın əhvalatı...

0
10700
Kar qurbağanın əhvalatı...

Bir qrup qurbağa elektrik dirəyinə çıxma ilə bağlı yarış hazırlamışdı. Nəhayət yarış başlayır. Yarışla bərabər izləyicilərin yarış haqda yüksək səsli fikirləri də... 

- Bu günə qədər bu dirəyə çıxa bilən onsuzda olmayıb
- Bunu eləyə bilmək çox çətindi
- Keçən dəfə 5 qurbağa düşüb ölmüşdü
- Aaaa, biri də başı üstə yerə dəymişdi
- Hə hə xatırlayıram 4 dənəsini də elektrik vurmuşdu
- Bax, indi əli sürüşəcək
- Ona bax ayağı ilişib
- Yox, bu iş olmaz, öləcək hamısı....
    Bir müddət sonra yarışçılar ya yıxılaraq, ya yaralanaraq, ya da qorxaraq bir – bir yarışı dayandırırlar. Amma içlərindən biri sona qədər mübarizə aparar, elektrik dirəyinin ən başına qədər çıxar və sağ salamat geri qayıdar. Digərləri təccüb içində bu işin öhtəsindən necə gəldiyini soruşmaq üçün ona yaxınlaşmış, bunu necə elədin? - deyə soruşduqda, bir də baxırlar ki, sən demə yarışı qazanan qurbağa KAR imiş....
Hekayədən çıxan nəticə:  Siz də əgər uğur qazanmaq, həyatda nələrisə əldə etmək istəyirsinizsə xəyallarınızı gerçəkləşdirə bilməyəcəyinizi söyləyən insanlara və onların düşüncələrinə qarşı həmişə  “KAR” olun! Sizə güvənən, addımlarınızı dəstəkləyənlərlə yanaşı, ayağınızın altını qazan, uğur qazanmanıza inanmayanlar da həmişə olacaq. Siz sadəcə susun və hədəfinizə doğru irəliləyin...
 

ŞƏRH YAZIN