Ofis Şəraitində Dincəlmək Üçün Bəzi Tövsiyyələr

0
2143
Ofis Şəraitində Dincəlmək Üçün Bəzi Tövsiyyələr

1.Fasilə önəmlidir. Bunun ilk əvvəl vacib olduğunu dərk etmək lazımdır.Fasilə bütün diqqətinizi işinizdə cəmləməyinizdə və beyninizdəki artıq fikirləri təmizləməyinizdə kömək edir.Ən əsası isə bu sizin sağlamlığınız üçün çox vacibdir.

2.Heç bir şey haqqında düşünməyin. Fasilə zamanı heç bir iş haqqında fikirləşməyin.Edəcəyiniz işlər barəsində planlar,iş zəngləri-bunları fasilədən sonra etmək məsləhətlidir.
 
3.Tam əksini edin. Fasilə zamanı fərqlilik edin. Etdiyiniz işlərin tam əksini edin.Əgər bütün günü oturursunuzsa hərəkət edin və yaxud fiziki işlər sizi yorursa krossvordla məşğul olun. 
 
4.Ofisdən uzaqlaşın. İşinizin nəticəsini daha yüksək olmağını istəyirsinizsə bəzən qısa da olsa  iş mühitindən uzaqlaşmaq vacibdir.
 
5.İş və fasilə arasında məsafə qoymağa çalışın. Belə olduqda fasilə zamanı işdən ayrıldığınız kimi, fasilə yekunlaşan kimi işə başlamış olacaqsınız.
 
6.İş barəsində danışmayın. Fasilə zamanı həmkarlarınız ilə iş barəsində fikir mübadiləsinə girməyin. Telefonlara cavab verməyin. Əks halda fasilə uzun iş günün bir hissəsinə çevriləcək.
 
7.Hərəkət edin. Əksər insanlar fasilə zamanı öz yerlərində qalırlar. Yadda saxlayın ki, hərəkət sizin istirahətinizdir. Qalxın, dartınının, sadə məşqlər edin.
 
8.Dərindən nəfəs alın. Bu gərginliyi üstünüzdən götürəcək. Gözlərinizi yumun, burnunuz ilə dərindən nəfəs alın və ağzınızla yavaşca nəfəsinizi verin. Effekti hiss etmək üçün 3-4 dəfə təkrarlayın.
 
9.İzləyin. 2-3 dəqiqə gözlərinizi bağlasanız artıq biraz istirahət etmiş olacaqsınız. Lakin bağlamaya da bilərsiniz. Bir obyekt seçin (buludlar, ağac və s.) və onu müşahidə edin. Əgər pəncərədən görüntü ürəkaçan deyilsə, maraqlı fotoalbomlar seçə bilərsiniz.
 
10.Dinləyin. Gözlərinizi bağlayın və dinləyin. Əgər ətrafda çoxlu səs varsa, bir səs seçin və ona diqqətinizi cəmləşdirin. Ən yaxşısı isə pleyerinizin yanınızda olmasıdır. Bəyəndiyiniz və sizi sakitləşdirən musiqiləri seçin.
 
11.Time-out götürün. Bir neçə dəqiqəlik istirahəti istənilən iş vaxtı edə bilərsiniz. İclas zamanı 20-30 dəqiqəlik gözlərinizi bağlasanız bunu heç kim belə görməyəcək. Balkona çıxıb sənədlərə baxa bilərsiniz. Həmkarlarınızın yanına gedib sözlərinizi çatdıra bilərsiniz .
 

ŞƏRH YAZIN