Təlabatlar Piramidası

0
6548
Təlabatlar Piramidası

Motivlərin ierarxiyasını izah etmək üçün ingilis psixoloqu Abraham Maslou yeni bir model təklif etmişdir. Piramidaya bənzəyən bu modelin aşağı təbəqələrində ibtidai, yuxarı təbəqəsində isə ali, yüksək təlabatlar yerləşir. 

Abraham Maslounun nəzəriyyəsinə əsasən insan tələbatları, ilk öncə, fizioloji və psixoloji öhdəliklərin məcmusu ilə müəyyən olunur. O insan tələbatlarını, onların vaciblik səviyyəsinə görə 5 qrupa bölür:

Birinci səviyyə: Fizioloji və ibtidai tələbatlara: qidalanmağa, hava, su, yuxuya, seksual istəyi ödəməyə, istirahət və fizioloji varlığı təmin etmək üçün lazım olan digər tələbatlar
İkinci səviyyə: Təhlükəsizlik tələbatı: istidən və soyuqdan qorunmaq və digər bu kimi təlabatları, eləcə də fiziki və psixoloji orqanların müdafiəsi.
Üçüncü səviyyə: İctimai nüfuza tələbat: sevgiyə, ünsiyyətə, cəmiyyət üçün faydalı olan fəaliyyətə maraq, sosial tədbirlərdə aktiv iştirak, insanlarla dostcasına münasibət, müəyyən qruplarda hörmət. Ibtidai təlabatlardan fərqli olaraq buraa nümayiş etdirilə bilən əlamətlərə (məs: mükafatlandırılmaq)  üstünlük verilir.  
Dördüncü səviyyə: Hörmətə tələbat: özünə hörmət, adekvat nailiyyətlərə səy, etibarlılıq, nüfuz.
Beşinci səviyyə: Özünü reallaşdırmağa tələbat: yaradıcılığa meyl, öz potensialını və məqsədlərini tam reallaşdırmaq arzusu.
Maslou təklif etmişdir ki, daha yüksək ali hislərə yüksəlmək üçün ibtidai təlabatların ödənilməsi vacibdir. Məs: şəxsin təhlükəsizliyi təmin olunmayıbsa onun sevgi – məhəbbət, özünüqiymətləndirmə hisləri aktual ola bilməz. Doğrudan da, təcrübə göstərir ki, təbii fəlakət qurbanları və ya müharibə əziyyətləri görmüş insanlar çox vaxt normal ailə münasibətləri yarada bilmir və başqalarının problemlərinə qarşı laqeyd olurlar. 
 
Maslou nəzəriyyəsinin əsasını, insanın yaşayış tərzindən, hansı tələbatlarına nail olmasından asılı olaraq bu və ya digər tələbatların hakim olması təşkil edir. Bu tələbatlar sistemində ən əsas olanı – fizioloji tələbatdır ki, bu da təhlükəsizilik tələbatı qəbul olunanadək ödənilməlidir. Əgər ilk tələbat ödənibsə, onda ictimai nüfuza və hörmətə olan tələbat motivasiya kimi çıxış edəcək. Maslou dəfələrlə qeyd edirdi ki, əgər tələbatın bir səviyyəsi ödənibsə, onda digər səviyyə insan davranışını bu səviyyə ödənilədək müəyyən edir. O əmin idi ki, ödənilmiş tələbat davranışın motivatoru kimi çıxış edə bilməz. Hər halda, bəzi səviyyələrin qismən olaraq üst-üstə düşməsi ola bilər ki, bu da əvvəlki səviyyə ödənilənədək, növbəti səviyyənin yaranması zamanı baş verə bilər. Bu zaman, ilkin tələbat kifayət qədər ödənilmiş olmalıdır ki, işçi onun ödənilməsinə vaxt sərf eləməsin. Dördüncü səviyyədəki tələbatın ödənilməsinə cəlb olunmuş fərdlə, birinci səviyyədəki tələbatın ödənilməsinə cəlb olunmuş fərdin eyni stimullara olan reaksiyası müxtəlif olacaq. Maslou nəzəriyyəsində maraqlı amillərdən biri odur ki, insanlar heç vaxt bütün tələbatlarını ödəmirlər.
 

ŞƏRH YAZIN