Uğursuzluğa səbəb nədir?

0
3225
Uğursuzluğa səbəb nədir?

Nail olmaq istədiyi uğura çatmayan çox insan var. Uğursuzluğun səbəbi isə davranışlardır.

Həmin davranışları sizə təqdim edirik:

1.Yetəri qədər çalışmamaq:İşinə yaxşı diqqət yetirib nizamlı və məhsuldar işləmək müvəffəqiyyətli olmaq üçün əsas qaydadır. Həddindən artıq işdən uğurlu olmağı gözləmək xəyalpərəstlikdir.Çalışmadan uğur gözləmək xəyal qurmaqdan başqa bir şey deyil.
 
2.Özünü yüksəkdə görmək: Bəzi insanlar indiki olduqları vəzifələrini özlərinə yaraşdırmayıb, özlərini daha yüksək vəzifəyə layiq olduqlarını düşünürlər. Lakin bunun üçün heç bir cəhd göstərmirlər.Ancaq həmin insanlar unudurlar ki, o vəzifəni əldə edə bilmək üçün mövcud olan işi layiqincə yerinə yetirmək lazımdır.
 
3.Dedi-qodu etmək: İş yerində dedi-qodu eləyib başqa insanları pisləmək həm öz əhval-ruhiyyənizi dəyişər, həm də qrup birliyinə zərər verər.
 
4.Hər şeyi bildiyini sanmaq: Hər şeyi bildiklərini zənn edib, heç kimi dinləmədikləri üçün eyni səhvləri təkrarlayırlar. 
 
5.Sabit fikirli olmaq: Sabit fikirli insanlar başqa fikirləri qəbul edib fikirlərini dəyişdirməzlər. Bu da onların irəliləmisinə,təkmilləşməsinə mane olar.
 
6.İşləri yarımçıq qoymaq: Edilməsi lazım olan işləri yarımçıq qoymaq, ya da təxirə salmaq o işlərin yox olmasını təmin etməz. Yığılmasına və gələcəkdə mane olmasına səbəb olar.
 
Bu davranışları etməməyə çalışın.O zaman özünüz uğur qazanmağınızın şahidi olacaqsınız. 
 

ŞƏRH YAZIN