Öyrənmək Heç Zaman Gec Deyil!

0
3823
Öyrənmək Heç Zaman Gec Deyil!

Öyrənmək üçün heç zaman gec olmaz. Kimani Maruge də bununla razılaşan yeganə insanlardandır. Kimani ibtidai sinfə daxil olanda 84 yaşı vardı. Kimaninin yaşadığı Keniyada ibtidai təhsil pulsuz deyildi və valideynlər təhsil üçün pul ödəməli olurdular. Bu təhsil haqqı bugün bizə az görünsə də Keniyada bir çox ailə üçün, o cümlədən Marugenin ailəsi üçün bahalı hesab olunurdu. 2003-cü ildə Kenya ibtidai təhsili hamı üçün açıq elan edəndə Kimani də bundan faydalandı. O keçilərini sataraq məktəb forması aldı və birinci sinfə getdi. İnanılmaz bir yaşda, 84 yaşında o birinci sinifə getdi və o vaxta qədər ibtidai sinifə gedən ən yaşlı insan oldu. O sadəcə oxumağı öyrənmək istəyirdi.

Bu yaşda insanın ibtidai sinifə getməsinə icazə verilməsi insanları qəzəbləndirirdi. Onlara elə gəlirdi ki, Kimani uşaqların yerin tutur. Buna görə də Kimani səhərlər dərsə gedəndə ona daş atır və hədələyirdilər. Ancaq bunların heç biri Kimanini dayandırmadı. O öyrənməkdə qərarlı idi.
 
Kimani valehedici bir həyat yolu keçmişdi. O gənc olanda ölkənin azadlığı üçün vuruşan Kenyan azadlıq döyüşçüləri qrupuna qoşulmuşdu. Mübarizə apardıqları şeylərdən biri də təhsil almaq hüquqi idi. 2005-ci ildə BMT-dəki çıxışında o pulsuz icbari təhsilin vacibliyi və kasıblara pulsuz təhsil verilməsi haqqında danışdı. Hətta ona xərçəng diaqnozu qoyulanda da o təhsilini davam etdirirdi. Ölümünə qədər evdə müəllimlər ona dərs keçdi. Ölümündən əvvəl o deyirdi ki, hətta sonuna qədər gedə bilməsən belə nail ola biləcəyin nəsə var. Kimani oxumağa çoxlu pul qazanmaq və ya yaxşı iş tapmaq üçün başlamamışdı. Onun üçün dünya haqqında daha çox məlumat öyrənmək ən böyük mükafat idi. Kimani heç vaxt ruhdan düşməyən bir insan idi və onun fikrincə nəsə etmək heç vaxt gec deyildi.  Bəziləri düşünürdülər ki, o yaşda insanlara məktəbə getmək və yeni bir dil öyrənmək çox gecdir. Ancaq Kimani Maruge və onun kimi insanlar sübut etdilər ki, öyrənmək heç bir zaman gec deyil.
 

ŞƏRH YAZIN