Stiv Cobsdan uğur taktikaları

0
2609
Stiv Cobsdan uğur taktikaları

- Nöqtələri irəliyə baxaraq birləşdirə bilməzsiniz, onları yalnız geriyə baxdığınızda birləşdirə bilərsiniz. Bunun üçün nöqtələrin gələcəkdə hər hansısa bir şəkildə birləşəcəyinə inanmağınız lazımdır. Bəzi şeylərə güvənməlisiniz - Allaha, cəsarətə, taleyə, həyata. Belə yanaşma məni heç bir zaman yolda qoymadığı kimi həyatımı da tamamilə dəyişdirdi.
 
- O zaman fərqinə varmamışdım, amma “Apple”dən qovulmaq başıma gələ biləcək ən yaxşı hadisə olmuşdu. Bu dərmanın dadı çox pis idi, amma deyəsən xəstənin də buna ehtiyacı vardı. Bəzən həyat başınıza kərpiclə vurar. Əsla inancınızı itirməyin!
 
- Nəyi sevdiyinizi bilməlisiniz. İşiniz həyatınızın böyük bir hissəsini əhatə edəcək və həqiqi mənada işinizi sevmənin tək yolu möcüzəvi bir iş olduğuna inandığınız şeyi etməyinizdir. Möcüzə hesab etdiyiniz işi görmənin yeganə yolu isə etdiklərinizi sevməyinizdir. Hələ tapa bilməmisinizsə, axtarışlara davam edin.
 
- Vaxtınız məhduddur və buna görə də başqalarının həyatını yaşayaraq onu puç etməyin. Başqa insanların fikirlərinin hay - küyünün öz ürəyinizin səsini eşitməyinizə maneə törətməsinə imkan verməyin. Ən vacibi isə ürəyinizin və hisslərinizin müəyyən etdiyi yoldan gedəcək cəsarətə sahib olun.
 

ŞƏRH YAZIN