Ugurlu Gələcək Üçün Uğurlu Gənclik

0
3957
Ugurlu Gələcək Üçün Uğurlu Gənclik

Heç kim nədənsə gənc yaşlarında gələcək həyatlarının nə qədər böyük əhəmiyyət daşıdığının fərqində olmur. Siz ilk öncə dərk etməlisiniz ki, bu dövrlər sizin həyatınızda əvəzedilməz anlardır. Ona görə də gələcək həyatınız üçün indidən əlinizdən gələni edib, var-gücünüzlə özünüzü inkişaf etdirməlisiniz. Yoxsa sonradan hər şey üçün çox gec ola bilər.

1. Özünüzə uyğun ixtisas sahəsi seçin.
 
Siz də özünüzə uyğun olan bir ixtisas sahəsi seçin və onu inkişaf etdirin. O sahədə tanınmış insanlardan biri olmaq ən böyük hədəfiniz olmalıdır. Əgər o sahədə tanınsanız, ehtiyac olduğu bir halda ağıla ilk siz gələcəksiniz. Bu zaman çalışdığınız şirkət üçün də əvəzedilməz ola bilərsiniz.
 
2. Əlavə gəlir yaradın.
 
Əlinizdə olan şeyləri siyahıya alın və bunu pula necə çevirə biləcəyinizə diqqət yetirin. Bu proses hardasa irəli yaşlarda baş verə biləcək risklərin önünə keçəcək və sizi maddi baxımdan azad hiss etdirə biləcək ən vacib maddələrdən biridir. Pulun miqdarı vacib deyildir, ayda 100 manat belə gəlsə, əlavə gəlir əlavə gəlirdir. Fərdi dərslər verin, internetdən bir şeylər satın, kiçik bir cəhd və ya investisiya edin. Nə etsəniz edin, amma öz aylıq maaşınızın xaricində mütləq əlavə gəliriniz olsun.
 
3. Özünüz üçün sərmayə qoyun.
 
Bir çox şeyləri həyata keçirməyiniz üçün sərmayə qoymaq lazımdır. Özünüzü təkmilləşdirmək üçün  bir çox lazımlı proqramları bilmək, kitab oxumaq, maariflənmək, seminar və təlimlərə qoşulmaq bir sözlə aktiv həyat tərzi sürmək lazımdır. Bunu təmin etmək üçün də sərmayə qoymaq və öz üzərinizdə çalışmağınız lazımdır.
 
4. Başqa bir ölkədə təhsil ala bilmə şansı
 
Yüksək dərəcə almaq sizin üçün ən vacib ünsürlərdən biri olmalıdır. Bu arzunu xaricdə reallığa çevirmək isə bir xəzinə dəyərindədir. Xaricdə maraqlandığınız və ixtisaslaşmaq istədiyiniz bir sahədə yüksək dərəcə almaq həm sizi, həm də xarici dilinizi inkişaf etdirəcək.
 
5. Əlavə dil öyrənmək
 
Özünüzü daha yüksək səviyyədə görmək istəyirsinizsə, mütləq yeni xarici bir dil bilməlisiniz. Bunu da edə biləcəyiniz ən gözəl dövrünüz gənc vaxtlarınızdır. Çünki həm o zamanlar zehniniz daha aydın və öyrənməyə meyilli olur, həm də gələcək üçün özünüzü yetişdirmiş olursunuz. Çalışın ki, öyrəndiyiniz dil işlədiyiniz sahəyə uyğun olsun. Yəni sizə xeyri dəyəcək bir dil öyrənməyə çalışın.
 
6. Yığımcıl olun
 
Cibinizdə olan pulu lazımsız şeylərə xərcləmək əvəzinə yığmağınız sizin üçün daha faydalıdır. Elə bir şey ola bilər ki, heç bir yerdən pul tapa bilməzsiniz. Həmin an o yığdığınız pullar köməyinizə gələcəkdir. Və yaxud işsiz qaldığınız an da ola bilər. Çünki heç kim 1 dəqiqə sonra belə başına nə gələcəyini bilmir. Belə olduqda sərmayə qoyub öz şəxsi biznesinizi də yarada bilərsiniz. Təbii ki, bunu etmək üçün də gərək qıraqda müəyyən bir məbləğdə pulunuz olsun. Bütün bunları düşünərək yığımcıl olmğı bacarmaq lazımdır. Yoxsa gələcəkdə çox çətin vəziyyətlərdə qala bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN