Elon Muskun Uğurunun Sirri Nədədir?

0
4769
Elon Muskun Uğurunun Sirri Nədədir?

Elon Musk 1971-ci ildə anadan olub. 21-ci əsrin ideal və rol modellərindəndir. Atdığı hər bir addım, etdiyi hər şey media starları qədər səs gətirir.

İnnovasiya fəaliyyəti, kəşf, gələcək, zəka, sahibkarlıq və s. dedikdə ağla ilk o gəlir. Qırx yaşlarında olmasına baxmayaraq indidən milyardlarla dollar dəyərində dörd şirkət qurub. Cəhdlərinin hamısı da ənənəvi sahələrə meydan oxuyur, doğru bildiklərimizi belə silib aparır. Musk, gələcəyi dəyişdirən, yeni sahələr açan təxribatçı bir dahi, bir uzaqgörən və iş insanıdır.
 
Əslində Paypallın da banisi olan Musk, daha sonra elektrikli vasitələr, xüsusən pulsuz, bərpa olunan enerji, nəqliyyat və kosmos sahələrinə yönəldilir. Son 10 ildə qurduğu Tesla, Solarcity, Spacex və son olaraq Neuralink hazırda da dünyanın ən dəyərli şirkətləri arasındadır.
 
İndi hər kəsə maraqlıdır, "Çox gənc olmasına baxmayaraq necə bu qədər çox şey edə bildi, necə hər kəsdən daha tez, çox və yaxşı öyrənir"?
 
Necə olduğuna bir baxaq:
 
Onun qəhrəmancasına iş etikası var və həftədə 85 saat işləyirmiş.
 
Yaranmış şəraitləri gələcək üçün zamin yaratmaq kimi, təxribatçı çalışan güclü baxışı, perspektivi varmış ki, məncə, işin başlanğıcı budur. İrəli səviyyədə futurist nazir bir düşüncə quruluşunun olmasıdır.
 
Beynindəkiləri çox uğurla başa sala bilir. Eyni zamanda möhtəşəm bir hekayə nəql edəndir. Səmimi, içdən, təbii, gülər üzlü.
 
Dünyagörüşü ilə əzən yox, həvəsləndirən enerjisi var.
 
Əslində, yuxarıdakılar hamısı uğurlu insanlarda olduğunu artıq bildiyimiz xüsusiyyətlərdir.
 
Bəs Muskı daha fərqli edən nədir deyə daha dərin baxıldığında əskik hissəni aşağıdakı amil ilə tamamlamaq mümkündür.
 
Elon Muskı fərqləndirən "Expert Generalist – Mütəxəssis Hərşeyçilər" də deyilən bir profilə malik olmasıdır.
 
Mütəxəssis hərşeyçilər bir çox sahə üzərində çalışır, o sahələri dərindən anlamağa çalışır və bu sahələr arasında əlaqə quraraq öz ixtisaslarına o sahələrin prinsiplərini tətbiq edirlər.
 
Qardaşı Kimble Muska görə Muskın tez və çox yaxşı öyrənməsinin ən mühüm səbəblərindən biri, 10-12 yaşından bu yana kodlaşdırma etməsi, demək olar ki, hər gün müxtəlif intizamlardan və sahələrdən iki kitab oxumasıdır. Zarafat deyil, gündə iki kitab. İki fərqli mövzu. Ki, bu ayda 60 kitab edir ki, gerisini buradan hesablayın və artıq siz təsəvvür edin.
 
Muskın uğurunun əsaslarında müəyyəndir ki, kiçik yaşlarından bu yana elm, fəlsəfə, din, tibb, proqramlaşdırma, mühəndislərin, sənətkarların biyoqrafilyaları - kariyeraları, sahibkarlıq, təbiət, süni zəka, virtual gerçəklik, texnologiya, fizika və s. hər mövzuya qarşı çox  böyük marağının olması və onları həqiqətən anlamağa çalışması yatır.
 
Və təbii ki, bir də 10-12 yaşından etibarən kodlaşdırma bilməsidir. Hazırda, ya da uzun müddətdir kod yazdığını güman etmirəm. Ancaq bu məlumatın ona alqoritmik düşünmə və bütün digər sahələri, özünə dərinləşmək istədiyi mövzular üçün birləşdirmə və sistemli fəaliyyətə qoyma bacarığı qazandırdığı da bəllidir.
 
Bir sözlə Musk, bir çox şeydən anlayaraq onları əvvəl pozur, sonra əsas prinsipləri fərqli formalarda yenidən bir araya gətirir.
Nəticə olaraq hadisədə bir sehr yoxdur. Sadəcə, "çox çalışqan olmaq və düzgün öyrənmə prosesi" var. Yekunlaşdıracaq olsaq:
 
Elon Muskun belə olmağının səbəbi nədir?
 
Öyrənmək üçün normal bir insandan 60 dəfə daha çox vaxt sərf edir.
 
Davamlı olaraq fərqli qaydaları oxuyur.
 
Öyrəndiklərini həmişə başqa necə ola bilər, bunun altında əslində nə var deyə məsələnin kökünə enir, tamamilə dəyişir və onlardan başqa nə etmək olar - deyə düşünür.
 
Kodlaşdırma bildiyi üçün alqoritmik axara oturda bilir.
 
Hadisə bundan ibarətdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN