Antoni Burgesin İstedadını Üzə Çıxardan Səbəb

0
5214
Antoni Burgesin İstedadını Üzə Çıxardan Səbəb

Yazıçı Antoni Burgesin 40 yaşı olanda ömrünə 1 il qaldığını öyrənir.Onun beynində şiş əmələ gəlir və bu xəstəliyin  onu bir il ərzində öldürmə ehtimalı olur .Antoni çox gözəl bilirdi ki,bununla başa çıxmaq sadəcə onun əlindədir.O, demək olar ki tamamilə müflisləşmiş bir vəziyyətdə olur və həyatdan köçəndən sonra arvadı üçün qoyacaq heç bir şeyi yox idi.
 
Antoni əvvəllər yazıçı deyildi ,ancaq o hiss edirdi ki ,onun içində yazıçılığa qarşı böyük bir istedad var.Bu arvadı üçün tək edə biləcəyi şey oldu: O bir kağız götürdü və yazmağa başladı.O bilmirdi ki bunu nə zamansa üzə çıxardacaq ya yox,amma  edə biləcəyi tək iş davamlı yazmaq oldu.
 
Orda yazılmışdı: “proqnazlara görə mənim bir qışım ,bir yazım və bir yayım var və yarpaqlar ağacdan düşən vaxtda mən öləcəm”.
 
Ancaq Antoni Burges ölmədi. Zamanla onun xəstəliyi zəiflədi və tamamilə yoxa çıxdı.Bir yazıçı kimi onun həyatı ərzində yazdığı kitabların sayı 70-ə çatdı.Ancaq ona ölüm xəbəri verilməsəydi,o yəqin ki bu qədər  əsər yaza bilməzdi.
 
Əslində bizim çoxumuz  beləyik və həmişə içimizdə olan böyük istedadımızı  belə vəziyyətlərdə üzə çıxarda bilirik.
 

 

ŞƏRH YAZIN