Özgüvənli Olmaq Üçün...

0
5835
Özgüvənli Olmaq Üçün...

1. Heç kimi qınamamalı
İnsanları, hətta özümüzü belə qınayarkən biz mövcud olan vəziyyəti, baş verən hadisələri dəyərləndiririk. Başqalarının həyatına qarışmaq sizcə nə dərəcədə doğrudur? Həzrəti Məhəmmədin gözəl bir kəlamı var: “Kimisə qınamayın.Qınadığınız şey başınıza gəlməyincə ölməyəcəksiniz!”Ona görə də nə özünüzü, nə də başqalarını qınamayın.
 
2. Mənfi düşüncələrdən uzaqlaşmalı
Bəzən kimisə günahlandırmaq çox asandır , ancaq ilk öncə özümüzə baxmağı unuduruq.Əslində hər şey düşüncəmizdən asılıdır.Nə düşünsək, həyat da qarşımıza onu çıxardar. Pis şey olacağını gözləsən, xoşagəlməz hadisə baş verəcək. Ümid bəsləsən,yaxşı düşünsən həyatında da xoş şeylər olacaq. Qısa və konkret.
 
3. Səbirli olmalı
Müvəffəqiyyət qazanmağın ən birinci yolu səbirdən keçir. İşdə uğura nail olmaq üçün təcrübə yığmaq, eşqdə uğur qazanmaq üçün çox sevmək lazımdır.Və hər şeyə səbirlə yanaşsaz zamanı gəldiyində hər ikisində də gözəl nəticələr əldə etdiyinizi görəcəksiniz. Həyatı  planlı yaşamaqdan əl çəkin, hər şeyin öz zamanı var.
 
4. Nə başqalarına nə də özünüzə acımamalı
Kiməsə acımaq xoşagəlməz bir şeydir. Özünə yazığa gəlmək isə başına gələnlə razılaşmaq deməkdir. İnsan istəsə hər şeyi bacarar. Ancaq bəzilərimiz təəssüflər olsun ki, öz bacarığından istifadə edə bilmir və yaxud da etmək istəmir.
 
5. Utancaqlığı özündən uzaqlaşdırmalı
Kömək istəməkdən, bilmədiyiniz şeyləri soruşmaqdan utanmayın. Bu, heç də zəiflik əlaməti deyil. Zəiflik utancaqlıqdır. Bizim həyatın hər sürprizi ilə tək başına mübarizə aparmaq kimi bir öhdəliyimiz yoxdur. Əksinə, hər şeyi ətrafımızdakılarla birgə daha rahat həll edə bilərik. Uğurun sirlərindən biri məhz birlikdədir!
 
6. Əksik cəhətlərinizi qəbul edin.
Problemlərə üz çevirmək lazım deyil.Əksinə onun üzərinə gedib çıxış yolu tapmaq lazımdır. Unutmayın ki, çətinliklər nə qədər ağır da olsa insanı daha da gücləndirir.Əksik cəhətlərinizi görə özünüzü günahlandırmaq əvəzinə, onları qəbul etməyə çalışın.
 
7. Sağlamlığınızı düşünməli
Bizə dünyaya gəldiyimizdə sadəcə bir can verilir,onun da dəyərini bilməliyik.Allah bizə bu canı əmanət edibsə biz mütləq şəkildə onu qorumalıyıq.Yeri gəldiyində bütün iş-gücümüzü atıb halımıza yanmalıyıq.Heç bir şey sağlamlığımızdan vacib deyil.Bəzən nə yaxşı həkim,nə də madiyyat belə sağlamlığımızı düzəldə bilmir.Ona görə də vaxtında sağlamlığınızın qeydinə qalın.
 
8. İşi sona qədər bitirməli
Yarıda qoyulan iş insanın özgüvənini azaldır, həmişə zehində zəiflik əlaməti kimi ilişib qalır. İşinizi sona qədər bitirin.Bunu başqasına görə yox, sırf özünüzə görə edin!
 
9. Sahib olmağa çalışmamalı
Biz nələrə sahibik? Sahib olduğumuz istənilən şey etibarsızdır. Çox sevdiyimiz əşya bir gün qırıla, güvəndiyimiz dostumuz bir gün bizi aldada bilər. Bu halda itki bizi daha çox ağrıdır. Çünki sahiblik – asılılıqdır. Sahiblik hissindən daha çox özünüzə yaxınlıq hissini təlqin edin. Kiməsə sahib olmaqdansa, daima yanında olmaq daha rahatdır.
 
10. Həyatın sürprizlərinə hazır olmalı
Sürprizlər həmişə xoş hislər vermir, bəzən ağrılı anlar da yaşadır. Necə ki xoş hadisələrə qollarınızı açırsınız, pis şeylərlə qarşılaşanda da eyni reaksiyanı verməyə çalışın. Axı həyat bəzən alça kimidir, turş olsa da, heç cür yeməkdən doymaq, imtina etmək olmur.
 

ŞƏRH YAZIN