Nə Olursa Olsun Əsla İmtina Etməyin..

0
5342
Nə Olursa Olsun Əsla İmtina Etməyin..

1. Xəyal qurmağı əsla buraxma. Xəyal gücü inkişaf etməyən insanlar, həyatdan zövq almırlar. Reallaşdıra bilməsəniz belə, arxasınca qaçdığınız xəyallarınız sizi yaşadacaq və həyatınızı mənalı edəcəkdir.

2. "Səni Sevirəm" deməkdən heç vaxt imtina etməyin. Bu, çox çətin deyil. Sevdiyin birinə hər gün "Səni Sevirəm" de. Sevgini ifadə etməkdən əsla çəkinmə. Gec olmadan sevdiyin kəsə, "Səni sevirəm" de.
 
3. Araşdırmağı əsla buraxma. Dünya olduqca böyük və bizlər heç vaxt öz etibarlı bölgələrimizdə sonsuza qədər qalmayacağıq. Bu səbəblə araşdırmaqdan və yeni şeylər kəşf etməkdən əl çəkməyin.
 
4. Özünüzə kompliment etməyi əsla unutmayın. Yaxşı bir insan, yaxşı bir qul olmaq üçün var güclə səy göstər. Əgər siz özünüzdən razı deyilsinizsə, kim sizdən razı olsun ki?
 
5. Yaxşı işlər görməkdən əsla vaz keçməyin. Baxmayaraq ki, keçmişə heç vaxt geri dönə bilməyəcəksən, amma ən azından geri dönüb baxanda yaxşı işlər etmiş olduğunu görə bilərsən.
 
6. İnanmağı əsla buraxma. Nail olmaq üçün bəzən heç bir əlamət yoxdur, amma sən yenə də inanmaqdan imtina etmə. Uğura və bacarmağa olan inamını heç vaxt itirmə.
 
7. Özünə inanmağı əsla buraxma. Güclü bir inanc səni istədiyin yerə apara bilər. Özünü aciz və tək-tənha hiss etdikdə isə qüdrəti sonsuz olana döz. O səni heç vaxt tək qoymayacaq.
 
8. Öyrənməyi əsla buraxma. Öyrənməyi buraxdığında, əslində çoxdan yaşamağı gözdən çıxarmışsan deməkdir. Dünənin ilə bu günün arasında ən azından bir fərq olmalıdır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN