Baxışınızla Hər Şeyi Dəyişə Bilərsiniz..

0
4028
Baxışınızla Hər Şeyi Dəyişə Bilərsiniz..

Bir baxışınızla hər şeyi dəyişdirə bilərsiniz. Bu elə də çətin bir şey deyil. Qarşı tərəfə olan duyğularınızı nümayiş etdirin. Birbaşa gözlərinin içinə təmas edin.

Əgər biri sizi əsəbləşdirirsə, onu öz metodlarınızla susdurmağa çalışın. Bu zaman onunla göz təmasına girməkdən çəkinmək üçün qarşı tərəfin alnına baxın, sonra baxışlarınızı başqa tərəfə çevirin.

Alnında bir nöqtəyə diqqət yetirməyiniz məsafəli olduğunuzu göstərdiyi kimi, ondan üstün olduğunuzu hiss etdirir. Çünki birbaşa olaraq gözlərinin içinə təmas etmədən, gözlərinin üst hissəsinə diqqət yetirirsiniz. Başı çevirmək isə bir təhdidetmə şəklidir. Uzaqlara baxmaq isə "Sənə əhəmiyyət vermirəm" deməkdir.
 
Özünüzü sevdirin. Rəhbər qadındırsa, diqqətlə gözlərinin içinə baxın. Ancaq əgər rəhbər kişidirsə, 30 saniyə ərzində gözlərinə baxandan sonra fasilə verib bir neçə saniyə yerə baxın. Qadın və kişi rəhbərlər üçün baxışlarınızı kateqoriyalara bölərək, qadınlar və kişilər arasındakı təkamül fərqləri haqqında fikir sahibi olarsınız. Bu da, sizə üstünlük verir. Təbii ki bundan sui istifadə etməyin. Söhbət əsnasında göz təması qurun. Sadəcə o danışarkən başınızı əyməyin və ya başqa yerlərə baxmayın. 
 
Qarşı cinsdən olan şefinizlə birbaşa göz təması qurmağınız isə onun tərəfindən nüfuzuna təcavüz kimi təsvir oluna bilər. İlk vaxtlarda kişilər düşmənlərini qızışdırmaq üçün göz təması qurardı. Bu səbəblə bu gün bu niyyətə sahib olmalarını normal qarşılamalısınız. Birbaşa göz təması və aşağıya baxmaq arasındakı tarazlıq, sizin uyumlu biri olduğunuza işarədir.
 
Mübahisədə qalib gəlin. Haqlı olduğunuz zaman qaşlarınızı qaldıraraq qarşı tərəfin gözünün içinə baxın.
 
Siyasətçi insanların bunu davamlı etdiyinin şahidi ola bilərsiniz.
 
Bağışlanın. Eynilə dua edirmişsiniz kimi başınız qarşıya baxarkən gözlərinizi aşağı endirin.
 
Baxışlarınızı aşağı endirib başınızı itaətkar bir vəziyyətdə saxlamalısınız, qarşınızdakı insana xətalı olduğunuzu bildiyiniz mesajını verir. Həmçinin bu hərəkət, qarşı tərəfin məsələni daha dərinləşdirməsinə mane olur. Givens "Heyvanlar, belə bir hörmət nümayişi görəndə qarşısındakına hücum etməz" deyir. Sevgilinizlə və ya ən yaxın dostunuzla dava etdikdə bu üsulu tətbiq edərək mübahisənin lazımsız yerə uzanmasına mane ola bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN