İnancı Artıran Çalışmalar

0
6516
İnancı Artıran Çalışmalar

Qorxunun insanı nə qədər acizləşdirdiyini bilirik. Amma qorxunun həyatınızı ələ keçirməsinə icazə verməmək sizin əlinizdədir. Əgər qorxularınızla yaşamağa alışmasanız, onları qəbul etməsəniz, zaman-zaman üzə çıxdıqlarında onların üstünə getsəniz qorxularınızı dəf edə bilərsiniz. Bu halda özünüzü təhlükəsiz və azad hiss edərsiniz. Həmçinin qorxunu əvəz etmək üçün daha güclü və effektiv bir şeyə ehtiyacınız olar. Buna inam misal göstərilə bilər. İnanc qorxuya ziddir və qorxunu yox, inancı seçmək sizi daha çox güclü edər. Əvvəl qorxularımızın nə olduğunu müəyyənləşdirər, sonra isə onların yerinə inancı qoyarıq. Bunun necə işə yaradığına baxaq:

Birinci addım: boş kağız götürün və ən çox qorxduğunuz, istədiyiniz həyatı yaşamanıza maneə olan 5 qorxunuzu yazın. Bunları yazmaq bəlkə də çətin olacaq amma, fərqindəlik ilk addım üçün çox önəmlidir. Sonra bu 5 qorxunu ayrı – ayrı kağızlara yazın. Yanınıza bir zibil qutusu qoyun. Yazdıqdan sonra hər qorxunu yüksək səslə oxuyun, dərin nəfəs alın və nəfəsinizi verərkən qorxunu yazdığınız kağızı cırın və zibil qutusuna atın. Yüksək səslə " Artıq bu qorxu mənə nəzarət etmir, mən inancı və sevgini seçirəm" deyin. Bütün digər qorxularınız üçün də eyni prosesi tətbiq edin. Bu tətbiq müalicəvi əhəmiyyətli ola bilər və kağızı cırmaqla rahatlayarsınız.
 
İkinci addım: boş kağız götürün. Vərəqin bir tərəfində "Qorxu Düşüncələri" başlığı altında sütun açıb, ağılınıza gələn bütün qorxulu fikirlərinizi yazın. "İnanc Düşüncələri" adlı ikinci sütunu açın. Burada bütün qorxulu fikirlərinizə əks olan inancınızı yazın. Bu şəkildə zehininizi qorxunuz hər dəfə ağılınıza gələndə onu inancla dəyişdirməsi üçün məşq etdirə bilərsiniz. Praktik olaraq işlədikcə proses daha da asanlaşır. Müəyyən müddət keçdikdən sonra isə xəbəriniz belə olmadan zehniniz bunu təkrarlayacaq.
 
Aşağıdakılar söylənilənləri daha dəqiq başa düşməyinizə kömək edər: 
 
Qorxu Düşüncəsi: Bəlkə həqiqətən xəstəyəm? (məsələn, analiz vermisiz və  nəticələr sizi qorxudur)
İnanc Düşüncəsi: Mən sağlamam və həyatın mənə gətirdiklərini açıq zehinlə qarşılayıram.
 
Qorxu Düşüncəsi: Bəlkə də arzuladığım işi tapacam amma, çətin ki, həmin işə girə bilim.
İnanc Düşüncəsi: Mənə uyğun gözəl işlər çoxdur və mən birinə mütləq qəbul olacam.
 
Qorxu Düşüncəsi: İnanmıram ki, düzgün adamla tanış ola bilim.
İnanc Düşüncəsi: Dünyada aşiq ola biləcəyim mükəmməl insanlar o qədərdir ki...
 
Qorxu Düşüncəsi: Bu gedişlə heç vaxt varlı ola bilməyəcəyəm.
İnanc Düşüncəsi: Pulumdan düzgün istifadə edəcəm ki, zəngin olum və bunun verdiyi həzzi yaşayım.
 
Üçüncü addım: Minnətdarlıq, qorxarkən diqqətinizi yönəltmək üçün çox yaxşı seçimdir. Həyatınızda yolunda getməyən şeylərə yox, qaydasında olan şeylərə fokuslanın. Bunu etmək üçün minnətdar olduğunuz şeyləri gündəlik siyahınıza yazın. Günə başlarkən və ya gün sonunda məmnun olduğunuz şeylərin siyahısını tutun. Ən kiçik şeylər üçün təşəkkür edə bilərsiniz, məsələn, beş duyğu orqanınızın sağlam olduğu üçün, qoruna biləcəyiniz bir eviniz olduğu üçün, geyməyə paltarlarınızın olduğu üçün və s. Əgər bütün həyatınız boyunca sahib olmadığınız şeylərə diqqətinizi yönəltmisinizsə belə bir siyahı hazırlamaq başda bir az çətin ola bilər, amma bu normal haldır. Qorxu duyduğunuz anda ehtiyac hiss edərsinizsə bu siyahını çıxarıb oxuyun. Beləliklə, fokuslandığınız mənfi şeyi müsbətlə əvəz edə və inancın gücünün faydasını görə bilərsiniz.
 

ŞƏRH YAZIN