İş Stresini Nəzarətdə Saxlamağın Yolları

0
2829
İş Stresini Nəzarətdə Saxlamağın Yolları

İş həyatının insan psixologiyasına getdikcə daha çox təsir etdiyi dövrdə işçilərin motivasiyasını qorumaq böyük əhəmiyyət daşıyır.

İşçilər, iş yerlərində yaşadıqları və həll etmədikləri problemlər ucbatından depressiya, yuxu və qidalanma pozğunluqları, diqqət və müvazinət problemləri, təşviş pozuntuları ilə miqren, əzələ və mədə ağrıları kimi müxtəlif psixosomatik problemlər yaşaya bilir. Şəxsi həyatda qarşılaşılan problemlər səbəbindən iş performansı düşdüyü kimi, iş yerindəki problemlər səbəbi ilə ailəvi və ya şəxsi problemlər də ortaya çıxır.
 
İŞ STRESİNİ NƏZARƏT ALTINDA SAXLAMAĞIN YOLLARI
 
İşə qısa müddətli fasilələr verin. Yaxın zamanda və ya gələcəkdəki tətillərinizin planlarını edin. Bununla əlaqədar otel-tur araşdırmaları edə bilər, gözlərinizi bağlayaraq ən sevdiyiniz və ya həyata keçirmək istədiyiniz tətili xəyalınızda canlandıra bilərsiniz. Bir dəniz sahilində olub dalğaların səsini dinləmək kimi.
 
Stolunuzda stress topu, əl məşqi edən masaj alətləri kimi qısa müddətli vaxt keçirməyinizi təmin edəcək oyuncaqlar əldə edə bilərsiniz. Kiçik batareyalı masaj alətləri istifadə etməyiniz də stress altında gərilən bədəninizi rahatlaşdıra bilər.
 
Nəfəs nəzarəti edin. Dərin nəfəs alıb vermək, otağınızı havalandırmaq rahatlamağınıza köməkçi olar.
 
İş aralarında sevdiyiniz adamlarla görüşün. Uzun zamandır danışa bilmədiyiniz, işə görə də vaxt tapa bilmədiyiniz dost, ailə kimi sizin üçün əhəmiyyətli olan və səslərini eşidərək özünüzü yaxşı hiss edəcəyiniz insanlara zəng edin.
 
Stolunuzun üstündə gül, ətir, odekolon kimi sevdiyiniz qoxuların olmağı daha yaxşı olar.
 
Sevdiyiniz musiqilərə qulaq asın. İş mühitində çalınan yüngül bir musiqi və ya bir təqdimat hazırlayarkən qulaqcıqla eşidəcəyiniz musiqi sizi işinizə daha yaxşı motivasiya edə bilər.
 
İş yoldaşlarınızla zarafatlaşın. Onlara başınızdan keçən gülməli bir hadisəni danışıb birlikdə gülün. Bir-birinizə lətifələr söyləyin. Çünki gülmək bədən kimyasına müsbət təsir göstərməkdədir.
 
Stolunuzun üstündə bir güzgü olsun və tez-tez ona baxın.
 
Vaxtınızı yaxşı idarə edin. Görüləcək işləri bir nizam içində həyata keçirmək üçün planlaşdırma aparın. Doğru zaman keçdikcə vaxtında başa çatdırılacaq olan işlərdə stress səviyyəsi minimuma enir.
 
Nə qədər əhəmiyyətli və gərgin işiniz olsa da özünüzə vaxt ayırın. Evə iş gətirməməyə cəhd edin. Hobbiləriniz olsun. İctimai həyatınızı canlı saxlayın. Fərqli şeylər etmək, fərqli əməllər yaşamaq, ertəsi gün işə daha motivasiyalı olaraq başlamağınıza yardımçı olur. İşdən  kənar görəcəyiniz sosial fəaliyyətlər, bədəninizdəki mənfi enerjini atmağınızı təmin edər.
 
İş yerində dostunuz olsun. Yeni bir işə başlasanız da digər çalışanlarla əvvəl siz tanış olun, onlara gülümsəyin.
 
Gündəlik qayğınıza diqqət göstərin. Stolunuzun üstünə bir güzgü alın. Stressli üz halınızla üzləşin. Heç kəs gərgin bir üz ilə yaxşı görünə bilməz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN