İş münasibətlərində baş verən hər cür problemin görünən səbəblərini araşdırsanız qarşınıza əsl nəhəng problem çıxır: "Fərdlərin özgüvən və özünə hörmət çatışmazlığı" Özgüvən və özünə hörmət əksikliyi elə böyük bir qara dəlikdir ki, fərdi, fərdin əlaqə içində olduğu digər şəxsləri, biznes proseslərini, şirkəti hətta cəmiyyəti, ölkəni udar, yox edər. Nə üçün? Bu yazımızda özünə hörmətin və özünə inamın olmaması əslində nələri şərtləndirir, nələri ilə bərabər yox edər onu xırdalayarıq.
Çünki:
1.Özgüvəni və özünə hörməti olmayan insan qorxaqdır, asanlıqla yalan deyər, yalanına özü də inanar.
2.Özgüvəni və özünə hörməti olmayan insan məsuliyyət və risk almaqdan qaçar.
3.Özgüvəni və özünə hörməti olmayan insan səhvini boynuna almaz,hər zaman başqalarında axtarar.
4.Özgüvəni və özünə hörməti olmayan insan özü haqqında olan məlumatı bölüşmək istəməz,onu çox güvənli bir şəkildə gizlədər.Bölüşərsə güc itirəcəyindən qorxar.
5.Özgüvəni və özünə hörməti olmayan insan konstruktiv deyil, dağıdıcıdır.Yersiz davakardır.
6.Özgüvəni və özünə hörməti olmayan insan pis niyyətli qısqanc insandır.
7.Özgüvəni və özünə hörməti olmayan insan dəyişiklərdən xoşlanmaz, çevik deyildir. Hər cür dəyişiklik, inkişaf onun üçün təhlükədir.
8.Özgüvəni və özünə hörməti olmayan insan hadisələr, insanlar,zamanlar arası səbəb-nəticə əlaqəsi qura bilməz.Sağlam analiz edə bilməz.
9.Özgüvəni və özünə hörməti olmayan insan qeybət edər, digərlərinin yaşadığı mənfi cəhətlərindən,bədbəxtliklərindən böyük həzz alar.
10.Özgüvəni və özünə hörməti olmayan insan tez-tez “başa düşülə bilmədiyindən” dəm vurar.
11.Özgüvəni və özünə hörməti olmayan insan daima birilərindən “zərbə” yediyinə, xəyanətə məruz qaldığına dair hekayələr danışar.
12.Özgüvəni və özünə hörməti olmayan insan qayğı görmək üçün hadisələri həddindən artıq şişirdər,azdırar.
13.Özgüvəni və özünə hörməti olmayan optimist deyildir, heç bir zaman xoşbəxt deyil, həmişə şikayətlənər.
14.Özgüvəni və özünə hörməti olmayan insan yanlızlığa dözümü yoxdur, dostu çoxdur, amma dostu yoxdur.
15.Özgüvəni və özünə hörməti olmayan insan hər nə hikmətsə dünyadakı bütün haqsızlıqlara məruz qalar.?!
16.Özgüvəni və özünə hörməti olmayan insan xroniki tənbəldir.
17.Özgüvəni və özünə hörməti olmayan insan “çox etibarlı” olduğu istiqamətində davamlı bu şəkildə ifadələr inkişaf etdirər.
18.Özgüvəni və özünə hörməti olmayan insan daima bəhanələr istehsal edər və uğursuzluğu qəbul etməz.
19.Özgüvəni və özünə hörməti olmayan insan bilinməyən,nəticəsi olmayan vəziyyətləri sevər və yalnız xaos şəraitlərində çox xoşbəxtdir.
20.Özgüvəni və özünə hörməti olmayan insan kiçik şeylərin arxasınca düşər,böyük mənzərəni heç vaxt görə bilməz,başa düşə və qavraya bilməz.
Əlbəttə, insanların hər zaman, hər bir məsələdə özgüvənləri tam ola bilməz. Özgüvən vəziyyətdən asılı olaraq arta bilər.Amma onsuz da bu sürətləndirməyə dair şüur səviyyəsinə də ancaq yüksək özgüvəni tam olan insan çata bilər, öz zəif cəhətlərini düzəltmək etmək üçün səy göstərər, sistemli əmək sərf edər.
Zəhmət olmasa güzgüyə baxın, gündəlik həyatda taxdığınız min bir maskanı endirin və kimsizsə onun gözünün içinə baxın...görəsən özgüvəniniz nə səviyyədədir?