Qulağınıza Sırqa,Həyatınıza Düstur Olacaq Sözlər

0
25031
Qulağınıza Sırqa,Həyatınıza Düstur Olacaq Sözlər

Hər bir insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir zaman var. İş, o zamanı qaçırmamaqdadır.. (B Üzrə Fletçer)

İnsan iki şeyi gizləyə bilməz: Sərxoş və aşiq olduğunu. (Antiphanes)
 
Qələbə qazanmadan əvvəl layiq olduğunuza inanın. (Mike Ditka)
 
İnsanlar malik olduqlarını kiçildər, malik olmadıqlarına əhəmiyyət verər. (Malcolm Forbes)
 
Dostluq sevgidən daha çətindir... Çünki daha uzun davam edər. (Harri Trumen) 
 
Oyunu uduzsanız qaydanı dəyişdirin. (Mörfi)
 
Qadın, kişinin qayğısından çox laqeydliyinə qarşı diqqətlidir. (Jules Janin)
 
Bir ana oğlunu adam etmək üçün 20 il çalışar, bir başqa qadın adamın 20 dəqiqədə ağlını başından alar. (Anonim)
 
İnsan, təbəssüm ilə göz yaşı arasında qərarsız qalan bir varlıqdır. (Bayron)
 
Ən böyük uğur insanın həyatı mümkün qədər yaşaya bilməsidir. (Cənab Kristofer)
 
Heç bir qadın bir adamla pulu üçün evlənməz. Qadınlar bir milyonerlə evlənmədən əvvəl, ona aşiq olacaq qədər ağıllıdır. (Cesare Pavese) 
 
Dostluq pul kimidir, əldə edilməsi asan, qorunması çətin. (Samuel Buttler)
 
Başqalarını bilən kimsə məlumatlı, özünü bilən kimsə ağıllıdır. (Lao-Tsze)
 
Allah məni yoldaşlarımdan qorusun. Mən özümü düşmənlərimdən necə olsa qoruyaram. (Marshall de Villars)
 
Rəqs meydançasında da həyatdakı kimi, ancaq partnyorunuz qədər yaxşı ola bilərsiniz. (Robin Marantz)
 
Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır. (Bencamin Franklin)
 
Malı və pulu xor görən çoxdur, amma verən az. Cənnətə çatana qədər bəxtinə güvənmə. (Filippin Sözü) 
 
Əgər sizə yalan deyilməsini istəmirsinizsə, sual verməyin. (B Traven)
 
Danışarkən heç bir şey öyrənə bilməzsiniz. (Lyndon B. Conson)
 
"Yaxşı bir insan olmaq" ilə "yaxşı bir vətəndaş olmaq" əsla eyni şey deyildir. (Aristotel)
 
Bizim marağımızı cəlb edən gələn davadır, qələbə deyil. (Paskal)
 
Şəhər, xalqın birlikdə tək qaldığı mühitdir. (Prochnow)
 
Bir yerdəki haqsızlıq, ədalət üçün hər yerdə təhlükədir. (Martin Luther Kinq) 
 
İnsanlar maraqları üçün haqları üçün olduğundan daha çalışqan döyüşür. (Napoleon)
 
Bir klassik hər kəsin oxumuş olmağı istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir. (Mark Tven)
 
Təcrübə, keçmiş səhvlərimizi təkrar etməyimizin qarşısını alır, yeni səhvlər etməməyimizi təmin edir. (Anonim)
 
Siz imkan verməsəniz, kimsə sizi alçalda bilməz. (Ə. Ruzvelt)
 
Oyun bitdiyi vaxt şah da, piyada da eyni qutuya atılır. (İtalyan atalar sözü)
 
Təcrübə böyük üstünlükdür. Ancaq qazandığımız zaman onu istifadə etməyəcək qədər yaşlı oluruq. (Cimmi Connors) 
 
Hər kəs cənnətə getmək istəyər, amma kimsə ölmək istəməz. (Co Luis)
 
Bir şeyin haqlı olduğunu bildiyin halda, o şeydən yana çıxmazsan, qorxaqsan deməkdir. (Konfitsi)
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN