Özünüzə Uyğun Peşəni Necə Seçməlisiniz?

0
2108
Özünüzə Uyğun Peşəni Necə Seçməlisiniz?

Seçim etməkdə valideynlər sizi əvəzləməyə çalışır

Buna görə onların qəlbini qırmağa dəyməz. Valideyn hər zaman sizi fikirləşir və sizin üçün hər şeyin “ən yaxşısını” arzu edir. Təbii ki, onların bu düşüncəsi ilə sizin düşüncələriniz uzlaşmaya da  bilər. Bu normal haldır. Belə olduqda bəzi tənqidi fikirlərə dözmək məcburiyyətindəsiniz. Ancaq prinsipə düşüb heç nə etməyin. Əsas sizin seçiminizin sərbəst və öz ürəyinizcə olmasıdır. Valideynlərlə sakit şəkildə söhbət edib razı salmaq da olar.
 
Siz seçim etməkdə çətinlik çəkirsiniz
 
Seçdiyiniz peşə haqqında nə qədər çox məlumat toplasanız bir o qədər xeyirlidir. Elə ola bilər ki, araşdırarkən öyrəndiyiniz bəzi şeylər sizi fikrinizdən daşındırsın. Siz bir çox işlə maraqlanırsınız, lakin hansının daha üstün olduğunu seçə bilmirsiniz.
O zaman aşağıdakı sualları cavablandırın:
 
1. Mənim istədiyim nədir?
 
2. Mən əslində nəyi bacarıram?
 
3. Bu gün ən çox nəyə təlabat var?
 
Bu sualları cavablandıra bilsəniz özünüzə ən uyğun peşəni seçə biləcəksiniz. İndiki dövrdə bir insan bir neçə işdə eyni zamanda işləyə bilər. Əsas bu iki peşə bir-birinə maneə törətməsin. Bir məsləhətimiz də var ki, çalışın elə peşə seçəsiniz ki, bir gün lazım gəlsə başqa bir peşəyə çətinlik çəkmədən keçə biləsiniz.
 
Sizin arzunuzda olduğunuz peşə var
 
Bu vəziyyət heç də asan deyil. Çox zaman xəyallar reallıqdan uzaq olurlar. Sizə öz xəyallarınız necə görünür? Daxili istəkləriniz barədə yaxşıca düşünün.
 
Sizin bəzi xarakterləriniz seçdiyiniz peşədə əngəl yaradacaq
 
Əgər siz utancaqsınızsa və gələcək işiniz sizədən daim kütlə qarşısında çıxış etməyi tələb edirsə, bunu boş buraxmayın. Zamanla siz öyrəşə də bilərsiniz, öyrəşməyə də. Bununla mübarizə aparmaq üçün misal olaraq çoxlu konfranslarda məruzə ilə çıxış etməyə çalışmalısınız.
 
Peşə ürəyinizcə olsa da cinsi baxımdan sizə uyğun olmadığını düşünürsünüz
 
Bir çoxları əmindir ki, xilasedici kişi, manikür edən mütləq qadın olmalıdır. Niyə? Harda yazılıb ki? Əgər sizin peşə xoşunuza gəlirsə, uğur qazanacağınızdan əminsinizsə, niyə də olmasın, boş fikirlərdən uzaq olun!
 
Dəblə ayaqlaşan bir peşə istəyirsiniz
 
Misal üçün dietoloq indi dəbdə olan bir peşədir. Bəs sabah? Minlərlə dieta proqramları var, dietoloq var. Özünüzə prespektivli peşə seçin.
 
Hər bir peşədə uğur qazanmaq olar, yalnız bir az əziyyət çəkmək lazımdır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN