Həyatınızdakı Duyğusal Vampir kimdir?

0
5104
Həyatınızdakı Duyğusal Vampir kimdir?

Həyatınızdakı "duyğusal vampir" kimdir?

Insanlarla qurduğunuz bəzi əlaqələr müsbətdir və ruh halınıza müsbət təsir göstərər. Bəziləri isə sizdəki optimizm və dinclik duyğusunu yox edərlər. Enerjini zəiflədən belə insanlara "romantik vampirlər" deyilir. Bu insanlar sizin fiziki enerjinizi almaqdan daha çoxunu edirlər. Pis niyyətli olanları sizə özünüzü dəyərsiz və sevilməz hiss etdirə bilir. Digərləri sizə özünüzü pis hiss etməyiniz üçün kiçik zərərlər verə bilərlər. Məsələn, "Bir neçə kilo aldığını fərq etdim, şəkərim" ya da "Çox həssassan!" onların ən sevdiyi cümlələrdəndir. Bir anda sizin etibarınızı sarsıdar, təhlükəli sahələrə doğru sürükləyərlər. Enerjinizi qorumaq üçün duyğusal vampirlərlə döyüşmək lazımdır. Təqdim edəcəyimiz strategiyalar, həyatınızdakı vampirləri tanımaqda və onlarla mübarizə aparmaqda sizə köməkçi olacaq. Bir duyğusal vampirlə qarşılaşdığınıza dair işarələr:
 
• Bir anda göz qapaqlarınız ağırlaşar və dincəlmək ehtiyacı hiss edərsiniz.
• Ruh halınız bir anda enişə keçər.
• Sizi rahatlaşdıran, bol karbonatlı yeməklər yemək istəyərsiniz.
• Özünüzü narahat, depressiv və mənfi hiss edərsiniz.
• Özünüzü tənqid olunmuş hiss edərsiniz.
 
Duyğusal vampir növləri:
1. Narsist
Şüarları "Əvvəl mən"dir. Hər şey onlar haqqındadır. Şişirdilmiş bir qürurları var, diqqət çəkmək üçün ürəkləri gedir və bəyənilmək ehtiyacı duyarlar. Təhlükəlidirlər, çünki empatiyadan məhrumdurlar və şərtsiz sevmə mövzusunda heç yaxşı deyillər. Əgər bir şeyləri onların istədiyi kimi etməsəniz, cəzalandırıcı və soyuq olurlar.
 
Özünüzü necə qoruya bilərsiniz?
Gözləntiləriniz real olsun. Bu insanlar romantik mənada məhdud insanlardır. Belə birinə aşiq olmamağa çalışın ya da onlardan qarşılıqsız sevgi gözləməyin. Heç bir zaman sizin dəyəriniz onlara bağlıymış kimi düşünməyin və onlarla ən gizli sirlərinizi paylaşmayın. Onlarla müvəffəqiyyətli bir şəkildə ünsiyyət qurmaq üçün, bir şeyin onlara necə faydalı olacağını göstərməlisiniz. Əgər zəruri deyilsə bu cansıxıcı eqosentriklə çox söhbət etməmək ən yaxşısıdır, amma əgər əlaqə qaçınılmazdırsa bəhs etdiyimiz bu yanaşma işə yarayar.
 
2. Qurban
Bu cür insanlar "yazıq mən" sözlərilə həmsöhbətlərini sıxarlar. Dünya hər zaman onların qarşısındadır və bu da üzüntülərinin ana səbəbidir. Problemlərinə bir həll yolu təklif etdiyinizdə hər zaman sizə belə cavab verərlər "Bəli, amma ..." Onları itirib – axtarmaqdan imtina etmə və ya zənglərini görməməzlikdən gəlmə nöqtəsinə gələ bilərsiniz. Dost kimi kömək etmək istəyə bilərsiniz amma hüzün dolu əhvalatları sizi yora bilər.
 
Özünüzü necə qoruya bilərsiniz?
Nəzakətli, lakin qəti sərhədlər qoyun. Qısaca dinləyin və yoldaşınıza "Səni çox istəyirəm, amma əgər həlli müzakirə etmək istəmirsənsə, səni ancaq beş dəqiqə dinləyə bilərəm" deyin. Həmsöhbətiniz iş yoldaşınızsa "Sənin üçün hər şeyin yaxşı olmasını bütün ürəyimlə diləyəcəyəm" deyin və sonra "Ümid edirəm ki, anlayarsan, görməli olduğum bir iş var və mən işə dönmək məcburiyyətindəyəm" deyə əlavə edin. Bunun yaxşı bir zaman olmadığını ifadə etmək üçün bədən dilinizdən istifadə edin: göz kontaktını kəsərək, ayaqlarınızın birini qapıya istiqamətli qoya, tez – tez saata baxa, ya da qollarınızı birinə qovuşduraraq sağlam sərhədlər qoya bilərsiniz.
 
3. Nəzarət edici
Bu insanlar sizi idarə etməyə, necə olmanız və hiss etməniz lazım olduğunu sizə diktə etməyə çalışırlar. Hər şey haqqında bir fikirləri vardır. Əgər davranışlarınız onların kitabına uyğun deyilsə, duyğularınızı etibarsız edərək sizi idarə etməyə çalışırlar. Çox vaxt "Əslində sənin nəyə ehtiyacın var, bilirsənmi?" deyə cümlə ilə başlayarlar. Sonunda hökm verilmiş, kiçildilmiş və dəyərsizləşdirilmiş hiss edərsiniz.
 
Özünüzü necə qoruya bilərsiniz? 
Müvəffəqiyyətin sirri nəzarətçiyə nəzarət etməyə çalışmamaqdır. Sağlam bir şəkildə girişkən olun, ancaq onlara nə etmələri lazım olduğunu söyləməyin. Belə deyə bilərsiniz "tövsiyənə dəyər verirəm, amma bunu həqiqətən mənim öz – özümə həll etməyim lazımdır."
 
4. Davamlı danışan 
Bu insanlar sizin hislərinizlə əlaqədar deyildirlər. Onlar yalnız özləriylə maraqlanarlar. Sözə başlamaq üçün bir boşluq gözləyərsiniz, lakin o an heç bir zaman gəlməz. Ya da bu insanlar sizə fiziki olaraq o qədər yaxınlaşırlar ki, az qala üstünüzdə nəfəslərini hiss edərsiniz. Siz geriyə gedərsiniz və onlar sizə bir addım daha yaxınlaşar.
 
Özünüzü necə qoruya bilərsiniz?  
Bu insanlar sözsüz ipuclarına cavab verməzlər. Etməsi çətin ola bilər, amma sözlərini kəsməli və danışmalısınız. 2-3 dəqiqə dinləyin və sonra nəzakətlə deyin: "Sözünü kəsdiyim üçün bağışla amma, başqa insanlarla danışmağım lazımdır, görüşüm var, zəng etməliyəm və ya getməyim lazımdır." Bunlar "Kəs səsini, məni dəli edirsən!" deyə bağırmaqdan daha effektiv taktikalardır, ağlınızdan keçənlər tam olaraq bunlar olsa da. Əgər bu bir ailə üzvüdürsə nəzakətli şəkildə "Əgər mənə söz haqqı versən, bəlkə mən də aramızdakı dialoqda bir şeylər deyə bilərəm" deyə bilərsiniz. Əgər bunu neytral bir şəkildə söyləyərsinizsə, başa düşülmə ehtimalınız artar.
 
4. Drama kraliçası
Bu insanların kiçik hadisələri şişirtmək mövzusunda təbii qabiliyyətləri vardır. Onlar kiçik problemlərini hədsiz şişirdər və çox əziyyət çəkdiklərini vurğulayarlar. Halbuki, ziyanı sizə dəyər. İşə davamlı gec gələn bir işçi bir həftə qrip oldu və "az qala ölürdü".  Ardından avtomobili park yerindən çəkildi! Bu çalışan ofisi tərk etdiyində digərləri özlərini istifadə edilmiş və yorğun hiss edirdilər.
 
Özünüzü necə qoruya bilərsiniz?
Drama kraliçası ilə ünsiyyətdəykən sakit olun. Dərin nəfəs alın. Bu sizi onların təsirinə girməkdən saxlayacaq. Kübar, lakin qəti sərhədlər qoyun. Məsələn, "Bu işi istəyirsənsə, zamanında burada olmalısan. Başına gələn faciəli macəralara görə təəssüf edirəm, amma iş əvvəl gəlir.
 
Əlaqələrinizi inkişaf etdirmək və enerji səviyyənizi yüksəltmək üçün, həyatınızda kimlərin sizin enerjinizi yox etdiyini, kimin enerjinizi yüksəltdiyi haqqında bir kəşfə çıxmanızı təklif edərəm. Sizə xoş gələn insanlarla daha çox vaxt keçirin və sizin enerjinizi özlərinə çəkənlərə qarşı sağlam sərhədlər qoyun. Bu həyat keyfiyyətinizi artıracaq.
 

 

ŞƏRH YAZIN