Zamanın Doğru Istifadə Edilməməsinin Səbəbləri

0
2096
Zamanın Doğru Istifadə Edilməməsinin Səbəbləri

Mükəmməliyətçilik: Hədəf və gözləntilərimizin edə biləcəyimizin çox üstündə, realist olmaması və bəzən hadisələrin istədiyimiz kimi getməyəcəyini hesaba qatmama kimi hallar mükəmməliyətçiliyin ən mühüm göstəriciləridir. Mükəmməliyətçilər, işlər yolunda getmədiyi zaman böyük xəyal qırıqlığı yaşayır, işlərdən imtina edir, ümidsizliyə qapıla bilirlər.

Təxirə salma: Bir mövzu sizin üçün əhəmiyyətli olduğu halda siz onu görmürsünüz, gecikdirirsiniz deməkdir. Təxirə salınan hər bir iş digərinə təsir göstərər: çalışılmadığı üçün alınan aşağı qiymətlər və edilməyən tapşırıqlar, səliqəyə salınmadığı üçün qarmaqarışıq olan otaqlar, fırçalanmadığı üçün çürüyən dişlər və qanayan diş ətləri və s. Bu vərdişdən əl çəkmək üçün təxirə saldığınız işlərin bir siyahısını hazırlayın. Əsas başlıqları müəyyən edin və bu başlıqları alt hissələrə ayırın.
 
Özünə həddindən artıq güvənmək: Litseydə həyatınıza başqa məsuliyyətlər əlavə olunur. Beləliklə, həyatınızı daha da mürəkkəbləşdirir. Məktəblə yanaşı universitetə hazırlıq, yoldaş ətrafı, hobbi və s. ilə birlikdə öhdəliklərinizi daha da artırır. Ancaq bu vəzifələrinizi "mən bunların hamısını ağlımda tuta bilərəm", "imtahandan bir gün əvvəl çalışsam da edərəm" "1-2 saat mənə bəs edər" tərzi fikirlər sizi nizamsızlığa və uğursuzluğa aparır. Özünə güvənmək yaxşıdır, ancaq çoxu "boşvermişliyə" yol aça bilər.
 
Özünə inamsızlıq və yüksək qayğı: "Necə olsa, bacarmayacağam, elədirsə sınamaq faydasızdır", "Edə bilmərəm" tərzi fikirlər etibarsızlıq əlamətidir. İnamsızlıq və yetərsizlik duyğusu da təşvişə səbəb olacağı üçün işə başlamaq cəsarət və davam etdirmə səbrinizə mane olacağından bu məsələdə rəhbərlik xidmətinə və ya bir mütəxəssisə müraciət etməyiniz faydalı olacaqdır.
 
Zaman rəhbərliyi mövzusundakı qərəzlər:
 
Bu texnikalar mənim işimə yaramaz.
 
Bu qədər mütəşəkkil olmaq istəmirəm, çox sıxıcıdır.
 
Mən mütəşəkkil olsam belə, mənim xaricimdəki maneələrin olmasının qarşısını ala bilmərəm.
 
Dostlarım məni daim axtarır, ya da məndən bir şeylər istəyirlər.
 
Yox deyə bilməmək: Vaxtı səmərəli istifadə etməyimiz üçün bəzən ətrafımıza "yox" demək məcburiyyətində qala bilirik. Tam dərs çalışarkən zəng çalan telefona, gəlmək istəyən bir dosta yox deyə bilməsəniz uğursuzluq qaçılmaz ola bilər. "Xeyr demə çətinliyi" yaşayanlar adətən "xeyr" desələr münasibətlərinin pozulacağından qorxurlar. Ancaq unudulmamalıdır ki, daim başqalarının istəkləri əsasında və onların prioritetləri ilə yaşamaq, zaman içində o adamlara qarşı qəzəb yığmanıza və məhz o zaman münasibətinizin pozulmasına yol aça bilər. Öz şəxsiyyətinizi ortaya qoyaraq "xeyr" deyə bildiyinizdə əslində, ətrafınızda sizə bu barədə anlayışlı davranacaqdır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN