Təxirə Salmayın,Elə İndi Bu Andan Başlayın!

0
3323
Təxirə Salmayın,Elə İndi Bu Andan Başlayın!

Təxirəsalma vərdişi olan insanlara məsləhətlərimiz :

1. İşləriniz gözünüzə böyük görünürsə və yaxud onları həll etmək çətin gəlirsə, o zaman işinizi nə üçün etməli olduğunu yadınıza salın.Bu sizi həvəsləndirəcəkdir.

2. Qurduğunuz planlarınız haqqında yaxın çevrənizə də danışın . Bu sizin məsuliyyətinizi artıracaqdır.
 
3.Yeri gəldiyində özünüzə də yox deməyi bacarın.
 
4.Gəzintiyə çıxın; Çöldə qısa da olsa zaman keçirmək zehninizə və bədəninizə enerji verəcək.
 
5.Bölünməyəcək zamanlar seçin; Yəni mühiti elə təşkil edin ki, bir işə başladığınızda  ailəniz ya da yoldaşlarınızdan heç kim sizi etdiyiniz işdən ayıra bilməsin. Başqa  bir deyişlə telefonunuzun səsini azaldın, maillərinizə baxmayın, Facebook və Twitterə girməyin. 
 
6.Hər gün bir işi edin; Başlamazdan əvvəl düşünün: "Bu gün edəcək işlərim olsa, nəyi etsəm daha yaxşı olardı?"
 
7.İşləri hissələrə bölün; İşləri ayırın, xüsusilə böyük işləri. Bu nəticədə edilməsi lazım olan şey, aşmanız lazım olan böyük bir dağ kimi görünməyəcək.
 
8.Əvvəlcə asan işləri edin; Ediləcək işi böldükdən sonra 10 dəqiqə və ya daha qısa müddətdə edilə biləcək işlər varsa, işə onlardan başlayın. Onları edə-edə əslində nə qədər çox şey edə bildiyinizin fərqinə varacaqsınız.
 
9. Qısa fasilə edin.Uzun bir ara çalışdıqdan sonra qısa müddətlik fasilə edin ki dincələ biləsiniz.
 
10.Özünüzü mükafatlandırın; Başlamadan əvvəl kiçik mərhələlər təyin edin və hər mərhələni keçdiyinizdə biskvit, vafli, fasilə və.s ilə özünüzü mükafatlandırın.
 
11. Çevrə çəkin. 3 dənə çevrə çəkib I dairəyə "edilməsi lazım olanlar", II dairəyə "etməyi sevdiklərim" III dairəyə isə "etməkdən nifrət etdiklərim" başlıqlar halında yazıb, "edilməsi lazım olanlar" və "etməyi sevdiklərim" çoxluqlarını kəsişən şeylərlə işə başlayın.
 
12. Dincəlməyi unutmayın; Əgər yorulmusunuzsa, diqqətiniz daha tez dağılar. Hələ yuxunuz da gəlibsə, mütləq diqqətiniz dağılar. Dalğın iş görməkdənsə, yatmağınız məsləhətdir.
 
13. "Niyə" etdiyinizi xatırlayın; Saatlar, günlər, aylar ərzində məşğul olacağınız şeyin əslində nə üçün olduğunu özünüzə xatırladın. Verdiyiniz cavab sizi motivasiya edəcək.
 
14. Yekun siyahısı tutun; Hər günün sonunda etdiyiniz şeyləri yazın. Bu sayədə günün sonunda o gün nə qədər şey etdiyinizi görəcək, hamısını edə biləcək gücün içinizdə olduğuna inancınız artacaq.
 

ŞƏRH YAZIN