Zamanı Doğru Necə Istifadə Edə Bilərsiniz?

0
2432
Zamanı Doğru Necə Istifadə Edə Bilərsiniz?

Bir çox insan zamanın özünə çatmadığından şikayətlənər. Zaman müəyyən ritmdə axıb gedir, onu planlaya bilmərsiniz. Planlaya biləcəyiniz bir tək şey özünüzsünüz.

İşlərini vaxtında bitirə bilməyənlər, öz düşüncələrinə görə bəhanə tapırlar. Vaxtını səmərəli istifadə edən insanlar isə hər zaman yetərli vaxt tapır.
 
"Zaman rəhbərliyi" zamanı mümkün qədər fəal və təsirli bir şəkildə istifadə etmə və nəzarət sistemidir. Vaxtı yaxşı idarə etdikdə prioritetlərinizi asanlıqla müəyyən edə bilər, təxirə salma xəstəliyindən və vaxt tələlərindən xilas olarsınız.
 
Zaman tələləri nələrdir?
 
İnsanın öz şəxsi nəzarətini inkişaf etdirməsi insanın özündən irəli gələn zaman tələlərini ortadan qaldıra bilər.
 
Plansızlıq:
 
Planlaşdırma edilmədiyi təqdirdə, işlər vaxtında bitmir və bunun nəticəsində işləri planlaşdırmaya vaxt qalmır. Planlaşdırma və təşkilatçılıq üçün vaxt ayırın. Təsirli zaman istifadə etmək düşünməyi və planlaşdırma aparmağı tələb edir. İşlərinizi və edəcəklərinizi sizə uyğun olacaq şəkildə təşkil etməlisiniz. Bu işi daha zövqlü bir hala gətirmək üçün proqramınızda və ya not dəftərləri, rəngli qələmlər və şəkillər istifadə edə bilərsiniz. Ediləcək işlərin siyahısı bir kağız üzərində edilə biləcəyi kimi bir proqram üzərində də yaradıla və daim yenilənə bilər.
 
Prioritetləri müəyyən etməmək və sadalamamaq:
 
Prioritetləri müəyyən edib, işin əhəmiyyət sırasına görə işləri sadalayaraq planlaşdırmaq lazımdır. Vaxtı necə xərcləyəcəyinizi bilməsəniz zamanı idarə etməkdə uğurlu olmazsınız. Burada ən böyük problem hədəf və prioritetlərin nə olduğunun müəyyən edilmiş olmamasıdır. Görüləcək işlər prioritet və əhəmiyyət sırasına görə aparılmalıdır. İşləri apararkən prioritet və əhəmiyyət sırasına diqqət etməmək, təcili işlərlə mühüm işləri bir-birinə qarışdırmaq plansızlığın bir nəticəsidir.
 
Təxirə salmaq:
 
Xoşagəlməz işlərdən uzaq durma istəyi təbiidir, amma təxirə salmaq işi uzadır. Daha da pisi təxirə saldığımız hər iş bizdə stressə səbəb olur və psixoloji problemlər yaradır. Təxirə salınanların fərqində olunduğu "şüurlu təxirə salma" və fərqində olmadan quruculuq "şüursuz təxirə salma" şəklində təxirəsalmanın iki növü vardır. Təxirə salma vərdişinə qalib gəlmək üçün hər bir işə aid son tarix müəyyən etmək, ən sıxıcı işi ən əvvəl etmək, işi oyun halına gətirmək lazımdır. Bir mükafat müəyyən etmək də işi tezliklə son qoymağa təşviq edə bilər. Kiçik uğurlarınızı belə qeyd edin.
 
Özünü həddindən artıq işə həsr etmək:
 
İşləri səmərəli şəkildə edə bilmək üçün fiziki və zehni olaraq gümrah olmaq lazımdır. Bu da ancaq ardıcıl çalışma ilə təmin edilə bilər. İnsanların, ailəsinə, idmana, gəzməyə və digər sosial fəaliyyətlərə ayıracaq zamanları da yaratması lazımdır.
 
Sürətlilik:
 
Əsas işləri əvvəl edin. Planlaşdırma və qiymətləndirmə üçün özünüzə gündəlik düşünmə zamanı ayırın. İşin necə keçiriləcəyinə qərar vermədən əvvəl, nə əldə etmək istədiyinizi başlanğıcda açıq olaraq ortaya qoyun.
 
Bürokratizm və səmərəsiz oxuma:
 
İş masasının üzərində o an çalışılan mövzu ilə əlaqəsi olmayan müxtəlif şeylərin olması, diqqəti dağıtdığı kimi işin ləngiməsinə də səbəb olur.
 
Sıradan və lazımsız işlər:
 
Açıq qapı siyasəti, ziyarətçilər, "yox" deyə bilməmək.
 
Hər zaman görüşülə bilən biri olmaq bu gün məşğulsuz ziyarətçilərə cəsarət verir. Bu vəziyyət planlaşdırdığınız zamanın çalınmasına səbəb ola bilər. İşləri apararkən başqa birinin müdaxiləsini qəbul etməyin. Prioritetlərinizi və zaman planınız əhəmiyyətini qarşınızdakına açıqlayaraq sizə gələn tələblərə sərhəd qoya bilərsiniz. Canınız hər istədiyi zaman yox deməzsiniz, amma sərhədlər məsələsində qərarlı olsanız bu halda tez-tez yox demək məcburiyyətində qalmazsınız. "Xeyr" kiçik, amma deyilməsi çətin bir kəlmədir. "Xeyr" demək üçün məqsədlərinizə diqqətinizi verməyiniz sizə yardımçı ola bilər.
 
Lazımsız telefonlar:
 
Uzun və tez-tez telefon danışıqları…
 
Müzakirəsiz və səmərəsiz görüşlər:
 
Gündəmi müəyyən etmədən edilən, normal müddətini aşmış və məqsədinə çatmayan görüşlər səmərəsiz görüşlərdir. Mövzu ilə əlaqəsi olmayan çıxış edənlər, məqsəddən kənar mübahisə edənlər, hazırlıqsız iştirakçılar, nəzarəti təmin etməyən iclas sədri vaxt itkisinə səbəblərdir. İclaslara yalnız maraqlı olanların iştirakı təmin edilərək vaxt itkisinə mane ola bilərsiniz.
 
Qətiyyətsizlik:
 
Vaxt və pul itkisinə səbəb olduğu kimi, əhvalınızın mənfiyə doğru dəyişməyinə də yol açar.
 
Vəzifə verə bilməmək:
 
Sizdən savayı başqaları tərəfindən də edilə biləcək işləri müəyyənləşdirin. Təyin etdiyiniz bu işləri bu işlə maraqlanan insanlara təhvil verin. İşləri təhvil verdiyiniz şəxslərin səlahiyyət və məsuliyyətlərini müəyyən edərək onlara izah edin. Müavininiz bacarıqlarını tam mənası ilə istifadə etməsi üçün ona yardımçı olun. Müəyyən işləri başqalarına verərək mühüm işlərə daha çox vaxt ayırmaq mümkün olur. Bu həqiqətə baxmayaraq, bir çox fərd, bütün iş yükünü təkbaşına daşımağa çalışırlar.
 
Dağınıq iş stolu və ofis səliqəsi:
 
Nizamsızlıq çox insanın zamanı səmərəli istifadə etməsinə maneədir. Əhəmiyyətli proqramların, yazışmaların və layihələrin yanlış yerlərə qoyulması da vaxt itkisinə səbəb verir. Dağınıqlıq yorğunluğa, məhsuldar olmamağa, bacara bilməmək hissinə, stressə və iş üzərində nəzarət məhdudiyyətinə səbəb olur. Stolunuzu davamlı olaraq nəzərdən keçirin və istifadə etmədiyiniz sənədləri masanın yanından uzaqlaşdırın. İş edərkən istifadə etdiyiniz avadanlıq, material və vasitələri hər zaman asanlıqla tapa biləcəyiniz yerlərdə saxlayın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN