Qarşınıza məqsəd qoysaz axır-əvvəl istədiyinizə çatacaqsız!

0
4015
Qarşınıza məqsəd qoysaz axır-əvvəl istədiyinizə çatacaqsız!

Ən yaxşı üzgüçülərdən biri olan Şorence Chatvik, 4 iyul 1952 -ci ildə Sakit okeana düşərək,Kaliforniyaya doğru üzməyə başlayır. Əgər bu sınağını uğurunu başa çatdırsa bunu bacaran ilk qadın üzgüçü olacaqdı.

Şorence Chatvik çox əmin bir şəkildə okeanın sularında üzməyə başlamışdı. Lakin o gün hava sıx dumanlı idi.Bu səbəbdən heçnə görünmürdü və suyun tempuraturu çox aşağı idi. Bu ağır sınağın hər dəqiqəsi  bir çox insanlar tərəfindən televiziya vasitəsilə diqqətlə  izlənilirdi. Saatlar keçir, bir tərəfdən yorğunluq bir tərəfdən soyuq - Chatvik üçün çox çətin bir vəziyyət idi. Bu çətin vəziyyətə 15 saat dözdükdən sonra artıq davam edə bilməyəcəyini anlayınca onu sudan çıxarmaqlarını istədi. Yaxındakı gəmidə olan anası və məşqçisi quruya yaxınlaşdığını ifadə edərək üzməyə davam etməsini söylədilər. Amma Chatvik dönüb Kaliforniya sahillərinə baxdığında tək görə bildiyi sıx bir duman idi.
 
Biraz sonra Chatvik dözə bilməyərək sudan çıxdı. Bir qədə dincəldi və özünə gəldikdən sonra jurnalistlərin "Sahilə çox az bir məsafə qalmışdı nə üçün bir az daha dözmədin?" sualına "Baxın bəhanə tapmaq üçün demirəm amma qurunu görə bilsəydim bacara bilərdim" cavabını verdi.
 
Chatvikin üzməkdən imtina etməsinin səbəbi isə nə yorğunluq nə də suyun soyuq olmağı idi. Duman üzündən qurunu görə bilmədiyi üçün hədəfinə çata bilməyəcəyini düşündü və üzməkdən vaz keçdi.Ancaq iki ay sonra eyni məsafəni üzərək keçdi və rekord qırdı...
 
Şorence Chatvikin yaşadıqları, özündəki inkişafı göstərən gözəl bir nümunələrdəndir.
 

ŞƏRH YAZIN