Uğurlu menecer olmaq üçün nə lazımdır?

0
843
Uğurlu menecer olmaq üçün nə lazımdır?

Uğurlu menecer olmaq üçün əlbəttə ki, təcrübə mütləqdir, lakin əsl menecerlik qabiliyyətləri məhz real işdə üzə çıxır. Uğurlu menecerlik 100%-lə ifadə edilirsə, bu cəmi yaradacaq 3 vacib amil mövcuddur:
 
Birinci Amil – 60%! Uğurlu menecer olmaq üçün işin 60%-i təcrübədir. Təcrübə istər şəxsi biznesdə, istərsə də maaş verilən işdə uğurun ən azı 60%-i təcrübədən asılıdır. Təcrübəli menecerlər kritik vəziyyətlərdə düzgün qərarlar verməyi, heç bir kitabda və reninqdə deyilməyən vərdişlərə sahib olmağı bacarırlar.
 
İkinci Amil – 30%! Uğurlu menecer olmaq üçün işin 30%-i ünsiyyət qurmaq qabiliyyətinin olmasıdır. Bu qabiliyyət menecer olmaq üçün olmazsa, olmazlardandır. İstər müştərilər, istər işçilər, istər rəhbərlik, istərsə də ailə, dost və s. ilə ünsiyyət qura bilməyən adam heç bir işdə uğur qazana bilməz. Əlbəttə, bu xasiyyətə öz üzərində işləməklə hansısa mənada nail olmaq olar, lakin bütün hallarda uşaqlıq yaşlarında bu vərdişin aşılanması daha vacibdir. Məhz bu kriteriyaya görə uşaq baxçasının belə, şəxsiyyət olaraq uşağın formalaşmasında rolu böyükdür. 
 
Üçüncü Amil – 10%! Təsirlilik baxımından sonuncu olsa da, nəzəriyyə tam uğurlu menecer portreti üçün əsas sayılan ən önəmli nüansdır. İnsan əvvəlcə təcrübə qazana, sonra isə mükəmməl ünsiyyətçilik bacarığı hesabına rəhbər vəzifədə çalışa bilər. Amma bu vəzifədə düzgün qərərlar vermək üçün bu kifayət deyil. Uğurlu rəhbər mütləq nəzəri biliklərə malik olmalıdır. Biznesdə nəzəriyyə digər sahələrdən fərqli olaraq, real təcrübə ilə qazanılır. Bu baxımdan, çoxsaylı kitablar oxumaq və yüksək səviyyəli seminarlarda iştirak etmək uğurlu biznes üçün vacibdir. 
 

 

ŞƏRH YAZIN