İlk öncə çox dəyərli və özəl olduğunuzu bilin.Birinin sizi sevməyi üçün ona çox şey vermək məcburiyyətində deyilsiz. Birinin sizi sevməsi üçün özünüzü ona sevdirməyə çalışmayın.
Sevgi içdən gələn sonsuz bir güc və istəklə doludur. Bəm-bərk bağlanmaq sevgini zəiflədir.Biri sənindirsə onu itirməkdən qorxma.Qorxu,güvənsizlik üstünə qurulan münasibətlər bir gün bitir və tükənir. Gözəl anlar yaşamaq adına normal,hüzurlu keçən günlərini zəhər etmə.Düşündüyün şeylər,nə zamansa yaşadığın şeylər olur. Həyata açılan bir çox pəncərə var. Sən hansından baxacaqsansa qərar ver.İnsanı ən çox bezdirən şey də davamlı olaraq qərarsız qalmaqdır.
Gözlədiyin insan gəlmirsə, sənə özəl anlar yaratmırsa bu kifayət qədər istəmədiyini göstərir.İnsan istədikcə eləməyəcəyi bir şey yoxdur .Ancaq unutma ki möcüzələr yalnız sən istəyərsənsə sənə tərəf gələr.
Bir fikirləş indiyə kimi iş , sevgi və ətraf ilə olan münasibətlərdə eyni problemləri niyə yaşadın ?Niyə həmişə eyni insanlar qarşına çıxır? Ətrafına yaydığın enerji necə idi? Beyin altında hansı hiss səni bu tərz bir birinin eynisi şeylər yaşamağına səbəb oldu ? Səndə əskik ya da çox olan nə idi? İndi keç və üzləş özünlə.Get keçmişə tərəf nə etdin illər əvvəl ?Atan məsələn;Sevər,dəstəkləyərdimi səni? Anan necə izlər buraxdı ürəyində ? Dəcəlliklərinin cəzasını hansı bədəllər ödəyərək keçirdin? Bəlkədə utancaq, qorxaq biri idin bəs niyə deyə soruşdunmu özündən?
Bəlkə də birinin bir sözü,bir hərəkətiylə dəyərsiz hiss etdin özünü.İlk sevgi təcrübənizdə nələr yaşadın? Sevən,dəyər verən tərəfmi oldun?Harada idi əksiklik ruhunun dərinliklərinə yazılan?
Birilərini sevgi ilə boğdunmu ? Yoxsa boğulan tərəfmi oldun ? Niyə birisi boğar, birisi boğular , heç düşündünmü ?
Bir insanın bütün gözəlliklərini kəşf etmədən,sadəcə əldə etdiyini fikirləşdiyində ondan qaçdınmı?Yoxsa budur xəyallarımın adamı deyib dəmir atdın limana?Sənin işin hazır təzə bir yola təzə bir ürəyə girmək üçün növbə başqa birinəmi gəldi ? Dedin .
Yaxşı,dur və sakit ol.Dərin- dərin nəfəs al.Hər şeyin günahkarı sən deyilsən.Bəlkədə daha balaca bir uşaq ikən biriləri sənin qəlbini qırmağa çalışdı.Kasıblıq ,qayğısızlıq ucbatından həmişə arxa plana keçməyin dərdini çəkdin bəlkədə. Ya da bir oğlan uşağısansa anan səni heç öpüb qucaqlamadı heç ondan istədiyin sevgini görmədin. Atan hər dəfə tənqid etdi səni "Bu uşaq adam olmaz -deyə qışqıraraq üzünə bir şillə vurdu bəlkədə.
Bir qız övladısansa bəlkə bir gün atan tərk edib getdi evi . İlk sevginə tərəf qaçdın .Ona əlindəki sevgini uzatdın və o yenə də getdi arxasına baxmadan.Bilməzdin ki,illər sonra yaşadığın hər sevgidə həmişə bu səbəbdən dəyər verib ,o insanın gedəcək qorxusuyla yaşayacaqdın.
Ya da anan ilk oğlan dostundan gələn məktubu üzünə atıb "Mən səni məktəbə oxumağa göndərirəm ,bu cür hərəkətlərə görə deyil "dedi . Sonra hər şeydən imtina etdin,artıq görünüşünündə gözəl olmasının heç bir əhəmiyyəti yoxuydu.Bundan sonra özünü yeməyə verdin. Və artıq çəkilərini tam da o zaman almış oldun .İndi bəlkədə o səbəblə güzgülərlə baxa bilmirsən . Şokolad , tort və yaxud başqa bir şey içindəki boş olan sevgi hislərini , o heç dolmayan boşluğu doldurmaq, özünü xoşbəxt etmək üçün idi .
İndi silkələn və özünə gəl . Həyat sənə yeni bir şans verir.Gülümsəməyə çalış. Keçmişdəki yaralarını sevginlə bağla.Təbiətin şəfa dolu əllərindən,Uca Tanrıdan kömək istə .Özünü hər halınla sev, dəyər ver, gül, şanslısan çünki fərqindəsən hər şeyin və dərk edirsən artıq həyatı.