Real Uğur Hekayəsi...

0
3841
Real Uğur Hekayəsi...

Sonsuz maneələrlə nə vaxt qarşılaşsam davam etməmi təmin edən bu 2 hekayəni sizinlə paylaşmaq istəyirəm. Hər şeydən önəmlisi, tək olmadığınızı bilməkdən daha yaxşı nə ola bilər? Birinin həyatını dəyişdirmək üçün onun motivasiyasını yüksəldərək, həqiqi istəyinə çatdıra bilərsiniz, kim bilir?
 
Maykl Jordan (Michael Jordan)
 
"Müvəffəqiyyətsizliyi qəbul edə bilərəm, hər kəs bir şeylərdə müvəffəqiyyətsiz olar, amma heç cəhd etməməyi  qəbul edə bilmərəm!"
 
Söhbət motivasiyadan gedirsə, Maykl Jordan'a (Michael Jordan) toxunmasaq olmaz. Jordan, ilk uğursuzluğu ilə məktəbin basketbol komandasına daxil olmaq istədikdə qarşılaşdı. Bəs buna səbəb nə idi? Onun boyu 1.75 sm idi. Ondan daha uzun olan yoldaşı Leroy Smit (Leroy Smith) komandadakı son boş yeri almış idi. Bu vəziyyətdə o iradəsinin gücü sayəsində bir daha heç vaxt eyni hala düşməyəcəyinə dair söz verdi. O gündən sonra hər gün əzmlə, yorulmadan məşq etdi, çox çətinliklə qarşılaşdı lakin, heç ara vermədi. Çünki, gücünə və müvəffəqiyyət qazanacağına inanırdı. Qısa bir müddət sonra onun boyu 1.90 sm - ə çatmışdı və beləcə Maykl nəhayət ki, komandaya daxil oldu və bir də əsla arxasına baxmaq məcburiyyətində qalmadı.
Sonralar o olimpiyadada iki qızıl medal qazanaraq komandanın bir parçası olmağı bacardı, sonrakı kariyerasında NBA - Ən Qiymətli Oyunçu mükafatını 5 dəfə əldə etməyi bacardı. Jordan 1990-cı illərdə 10 ildən çox oyun meydançalarında hakimiyyət sürmüşdür.
 
Lans Armstronq (Lance Armstrong)
25 yaşında ikən irəliləmiş mərhələdə Testis xərçəngi diaqnozu qoyulan Lans Armstronqa, həkimlər 40 %-dən daha az sağalma şansı verdilər. Şiş, beynində çoxlu lezyonlarla birlikdə ağciyərlərini və mədəsini də örtmüşdü. Hər kəs onun velosiped karyerasına son qoyacağını düşünmüşdü. Ancaq heç kim onun özünə olan sonsuz inancı və anası Linda Vallingin (Linda Wallingin) ona öyrətdiyi dərsləri hesaba almamışdı. Etdiyi ilk şey xəstəliyi haqqında öyrənə biləcəyi hər şeyi öyrənmək oldu. Bu mövzuda yazılan kitabları, fərqli qaynaqları oxuyarkən, eyni xəstəlikdən əziyyət çəkən insanların olduğu dəstək qruplarından kömək aldı. Lans, anasının ona öyrətdiyi  üç şeydə güc tapdı.
 
"Hər maneəni, çətinliyi bir fürsətə çevir"., "Həmişə əzmlə çalış, görəcəksən ki yaxşı şeylər olacaq" və "Başqaları sənə edə bilməzsən deyərlərsə onlara inanma!"
 
Lansın xərçəngə qalib gəlməsindən sonraki geri dönüşü çox da müvəffəqiyyətli sayılmazdı, yarışı 14-cü olaraq tamamladı. Hətta təqaüdçü olmağı belə düşünürdü, lakin nişanlısının davamlı dəstəyi sayəsində, anası və yaxın yoldaşı Kris Karmaykl (Chris Carmichael) onu Appalankiansdakı (Appalachiansdaki) bir sonrakı yarışa hazırladılar. Məşqlərdən sonra o tam fərqli birisi kimi ortaya çıxdı və çətinliklərin onu bir daha əzməsinə izin vermədi.
 
Dopingin  Lans'ın usta bir velosipedçi kimi adına ləkə vurması doğrudur. Ancaq göz ardı edilməməsi lazım olan bir şey var ki, hər kəs həyatının bitdiyini düşünərkən, o gücü sayəsində çətinlikləri öz lehinə çevirmişdir...
 
 

ŞƏRH YAZIN