Davamlı Qaçışın İnsana Xeyri Nədir?

0
5758
Davamlı Qaçışın İnsana Xeyri Nədir?

İnsan ömrünü uzatmaq üçün yer üzərində olan bütün mütəxəssislər əllərindən gələni edirlər.İnsan ömrünü uzatmaq üçün araşdırmalar aparırlar.
 
Danimarkada bu sahədə 1976-cı ildə başlamış geniş tədqiqatlar hələ 2-3 il öncə başa çatıb. 
 
Skandinaviya ölkəsinin həkimləri müntəzəm olaraq qaçışla məşğul olan 20 yaşdan 93 yaşa qədər 20 min adam üzərində tədqiqat aparıblar. Danimarka alimlərinin əldə etdiyi nəticələr heyrətləndirici olub.
 
Belə ki, davamlı olaraq qaçan insan həyatının 6-7 ilini uzadır.Həftədə 1  saat qaçmaqla siz bunu edə bilərsiniz.
 
Qaçmaq, idmanla məşğul olmaq qan dövranı və əzələləri oksigenlə təmin edir.Qaçdığımız zaman kapilyarların sayı artır.Belə ki,əzələlərdə oksigen artır.Bədən daha dözümlü olur. 
 
Ömrünün bir müddətində qaçmaqla məşğul olmuyan şəxslər sırf yarış üçün idmanla məşğul olub bədəni yükləyir,belə insanlarda xəstəliklərin sayı daha çox olur.Nəinki idmanla məşğul olmuyanlar da.İdmanla məşğul olmağın da rejimi var.Mütəxəssislə məsləhətləşərək necə düzgün idmanla məşğul olmağı öyrənə bilərsiniz. 
 

ŞƏRH YAZIN