Qənaət Etmək Bizə Nə Qazandırır?

0
2453
Qənaət Etmək Bizə Nə Qazandırır?

Qənaət gələcəkdə istifadə edilmək üzrə kənara qoyulan puldur. Pul idarəsində uğurun açarıdır.

Qənaət edən insan:
 
Maddi mənada təminat içində olur.
 
Gözlənilməz xərclərə və fövqəladə hallara qarşı hazırlıqlıdır.
 
Varlıqlarını artırma imkanı əldə edər.
 
Toy, nişan, evlilik kimi xoş hadisələri çətinliyə düşmədən həll edər.
 
İşini böyüdə bilər.
 
Uşaqlarının yaxşı təhsil almasını təmin edə bilər. 
 
Maddi cəhətdən sıxıntı çəkəndə, təcili bir vəziyyət olduğunda dara düşməz, evini satmaq məcburiyyətində qalmaz.
 
Heç kəsə möhtac olmaz.
 
Xəyallarını və hədəflərini reallaşdırmaq şansı olar.
 
Qənaətlərimi necə planlaşdırmalıyam?
 
Pul idarəsi əvvəlcə əldəkini düzgün istifadə etməklə başlayar. Yəni lazımsız xərc etməmək və xərclərdən geriyə qalanı təhlükəsiz bir yerdə saxlamaqla.
 
Hər bir hədəfiniz üçün ayrı-ayrı qənaətiniz olsun.
 
Qısa, orta və uzun müddətli hədəfləriniz üçün ayrı-ayrı qənaət edin.
 
Hər bir hədəfiniz üçün nə qədər zaman ərzində nə qədər qənaət etməyiniz lazım olduğunu hesablayın.
 
Bu gün və gələcəkdə əlinizə keçməsini gözlədiyiniz gəlirləri hesablayın. Bu gəlirin nə qədərini mütəmadi olaraq əmanətə ayıracağınızı hesablayın.
 
Gündəlik əyləncə xərclərinizdən (çay, qəhvə, siqaret, sendviç, şirniyyat və s.) hansıları azalda  biləcəyinizə qərar verin.
 
Bunlardan artıq qalan pulu büdcənizə əlavə edin.
 
Qənaətlərinizi harada istifadə edəcəyinizə qərar verin. Özünüzə bu sualları verin: "Yığdığım pullarımı nəyə və hara qoymaq mənim üçün daha etibarlı və faydalı olar?","Seçdiyim qənaət vasitəsinin riskləri, xərcləri və qazancları nələrdir?"
 
Nə sıxlıqda və nə qədər qənaət edəcəyinizi yaxşı planlaşdırın. Məsələn, gündəlik olaraq pul qazanırsınızsa, əlinizə keçən pulun qənaət edəcəyiniz qismini bir zərfə qoyun və bu müddət ərzində etibarlı yerdə gizlədin. Pulunuzla bir qızıl almağa qərar vermisinizsə, kifayət qədər pul yığılana qədər gözləyin. Əgər əmək haqqınız banka yatırsa, bankınızla saziş imzalayın. Bir qismi hər maaş yatırıldığında avtomatik olaraq qənaət hesabınıza köçürülsün.
 
Qənaətlərinizlə yaxından maraqlanın. Qənaətdə nə qədər yol qət etdiyinizi, yığdıqlarınızın sizə nə qədər qazandırdığını yaxından izləyin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN