NLP nədir?

0
14311
NLP nədir?

Neyro linqvistik proqramlaşdırma: şüuraltımızı hərəkətə gətirərək, onun güc və potensialını öz xeyrimiz üçün istifadə etməyimizi təmin edər. Öyrənmə tezliyimizi artırar. Bununla da, dəyişikliklərə uyğunlaşmaqla bərabər, fərq yaratmağı, insanın kariyera, ailə və ümumilikdə maraq sahəmizə uyğun idarəetmə formasını tapmağı təmin edər.

Motivasiyamızın idarəsini bizə ötürər, əvvəllər mənimsədiyimiz müsbət təcrübə və qabiliyyətlərimizdən, istədiyimiz zaman faydalana bilməyimizə şərait yaradar. Eləcə də, həssaslığımızın artırılması sayəsində, meyl və davranışımızdakı  dəyişkənlikləri müşahidə və ifadə etmək bacarığı qazandırar. 
 
NLP - duyğu və düşüncələrimizi yönləndirərək, daxili dünyamızın sahibi və gələcəyimizin qurucusu olmaqda ən böyük rəhbərimizdir. 
 
Neyro linqvistik proqramlaşdırma - keçmiş yaşantılarımızdan gətirdiyimiz istənilən mənfi duyğu və düşüncədən xilas ola bilməyimiz üçün müasir texnikalarla həyatımızı daha mükəmməl formada şəkilləndirmə gücü verir. Həyatımızı idarə edə bilməkdə ehtiyac duyduğumuz sistemləri tətbiq edəcək səviyyəyə yüksəldər, bizə zaman və planlarımızın nəzarət gücünü verər. 
 
NLP - istər iş, istərsə də şəxsi həyatımızda xoşbəxtlik və uğuru əldə etməyimizi təmin edəcək aktual vasitələri öyrədər. NLP mənfi inancların əvəzində, bizi gücləndirə biləcək müsbət inanclar qoyar, vacib anlarda əhval - ruhiyyəmizi idarə etməyi öyrədər. İş və şəxsi həyatda idarəetməni sadəcə bizim öhtəmizə buraxar.
 
NLP - başqalarında heyranlıq duyduğumuz və eynisinin bizdə də olmağını istədiyimiz davranış və bacarıqlara yiyələnməyimizi təmin edər, daxilimizdə olan böyük potensialı hərəkətə gətirər. Bizi hərəkətə keçirəcək bir gələcəyi və oraya getmək üçün öz fərdi yolumuzda əmin addımlarla irəliləyə bilməyimizə yardım edər. Bizdə insanlarla münasibətdə razısalma bacarıq və qabiliyyətlərimizi inkişaf etdirərək, professional ünsiyyətçi keyfiyyətlərinə sahib olmağımıza imkan verər. 
 
NLP - alternativ yolları artırar, təsir dairəsini genişləndirə biləcək elastikliyə sahib olmaqda bizi dəstəkləyər. Bizi əvvəllər hərəkətə keçməkdə əngəl yaratmış mənfi təcrübələrimizdən təmizləyər. Özgüvənimizi yüksəldər və məmnunluq hissləri aşılayar.
 

ŞƏRH YAZIN