Uğur Qazanmaq Üçün Motivə Olmalısan

0
2889
Uğur Qazanmaq Üçün Motivə Olmalısan

Hər uğur mütləq bir potensial və yüksək enerji tələb edir. Uğur qazanmağı hədəfləyən şəxs nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər.
 
Həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır; irəliyə getmək stimulu sizi idarə etməlidir. Öz məqsəd və istəklərinizi dərhal yaxınlara və dostlara deməyə tələsməyin. İlk öncə bunu reallığa çevirin, daha sonra uğurunuzu onlarla bölüşün.  Əgər uğur qazanmaq istəyirsinizsə aşağıdakılara nəzər salın. 
 
1) Öz gələcəyinizi qeyd edin. 
Bir vərəq götürün və gələcək planlarınızı yazın. Bu zaman məqsədə çatmaq daha asan olar.
 
2) Xəyallarınızı gözünüzdə canlandırın.
Dərin bir nəfəs alın gözlərinizi bağlayıb, nələri edəcəyinizi düşünün.  Yaxşı bir təhsil , yaxşı bir iş və.s
 
3) Keçmişi beyninizdə düşünün.
Dünəni düşünərkən  əvvəl kim olduğunuzu , nələr etdiyinizi fikirləşin. Nə qədər yolu geridə qoyub hansı mərtəbəyə qalxdığınıza baxın. Hər zaman keçmişə nəzər salın. 
 
4) Çox yaxşı düşünün.
Həyatınızın geri qalanı üçün dərindən düşünün.  Əngəllərin olacağına , problemlərin bəzən sizi sixacağına hazır olmalısınız. Böyük hədəflər böyük cəsarət tələb edir. 
 
5) Özünüzü savadlandırın .
Məqsədə nail olmaq elə də asan deyildir. Daim axtarışda olmaq , yeni şeylər öyrənmək lazımdır. Maariflənməklə özünüzü inkişaf etdirəcəksiz. 
 
6) Düzənli olun .
İntizamlı , təmiz , səliqəli ev , ofis  insanın psixologiyasına yaxşı təsir edir. Düzgün rejim və səliqəli həyatınız olsun. 
 
7) İş yerinizdə və ofisinizdə sizi ruhlandıran əşyalara yer verin.
Bu zaman hər hansı bir ruh düşkünlüyü olarsa o sizi motivə edəcək. 
 
8)  Könüllü olun. 
Xeyirxahlıq naminə başqalarına kömək edin.  Qocalar evinə tez-tez baş çəkin. Köməyə ehtiyacı olanlara əl tutun. 
 
9) Öz müsbət əhval ruhiyyənizi başqaları ilə bölüşün.  Ən yaxşı öyrənmək üsulu öyrətməkdir.  Hər kəsi motivasiyasını yüksək tutmağa sövq edin. 
 
10) Övladlarınıza vaxt ayırın.
Uşaqların hər zaman qayğı və sevgiyə ehiyacı var. Onlarla vaxt keçirib problemlərinin həllində köməklik göstərin . Onlarla yaxın dost olun.
 
11) İdman edin və maşın sürün.
İstirahət edin , özünüzə vaxt ayırın .Ətrafınızı gəzin dolaşın. Qaçmaq , maşın sürmək yaxşı təsir edəcək. 
 
12) Nailiyyət əldə olunmuş məqalələr oxuyun. 
Uğur əldə etmək o qədər asan deyildir. Motivasiya güclü olmalıdır. Buna görədə uğurlu məqalələr oxumalı ordakılardan dərs alınmalıdır.  Sizi ruhlandıran məqalələr oxuyun. 
 

ŞƏRH YAZIN