Beynimizdəki təkrar

0
4993
Beynimizdəki təkrar

Həll edə bilmədiyiniz, tez – tez təkrar olunan, uzanıb gedən bir probleminiz var? Həll etmək istəyirsinizsə düstur sadədir: o problemlə əlaqədar nə edirsinizsə onu etməyin! 

Eyni şeyi təkrarlayaraq fərqli bir nəticə gözləmək, sizin üçün yalnız vaxt itkisidir. Artıq fərqli bir şeylər edin. Oxşar davranışları edib – edib bir şeylərin dəyişməsini gözləmək boş bir gözlənti olar.
 
İş yerində yüksəlmək istəyirsiniz: amma heç cür alınmır? İş yerində nə edirsinizsə, necə davranırsınızsa, necə çalışırsınızsa elə etməyin artıq. Daha fərqli çalışın, daha fərqli davranın. Yoldaşlarınızın sizdən istifadə düşünürsünüz? Onlara necə davrandığınıznı fərqinə varın və artıq elə davranmayın. Uşaqlarınızla ünsiyyət qura bilmirsiniz? Onlarla əlaqə şəklinizi dəyişdirin.
Başqalarının istəklərini yerinə yetirməkdən yoruldunuz mu? Bəli deməyi buraxın, xeyr deməyi öyrənin.
 
Həyatımızda bir şeylər dəyişmirsə, o mövzuyla əlaqədar davranışlarımızı dəyişdirmədiyimiz müddətcə eyni nöqtədə qalmağa davam edirik. Problem gördüyünüz mövzuyla əlaqədar təkrar etdiyiniz davranış qəlibinizi tapın. Sonra da o davranışı daha müsbəti, daha işə yarayanı ilə dəyişdirin. Başlanğıcda fərqli reaksiyalar vermək asan deyil. Amma fərqli nəticələr əldə etmək istəyirsinizsə beyninizdəki təkrarlardan xilas olmalısınız.
 
Qapınızın qarşısını təmizləməyb, zibilləri qalaq – qalaq yığsanız bir gün başqaları da gələr qapınızın önünə zibil qoymağa başlayar. Bu vəziyyətdə tək etdiyiniz, öz – özünüzə deyinmək və hələ də qapınıza zibil qoyursunuzsa təkrara girmiş olarsınız. Və eyni nəticələri almağa davam edəcəksiniz. Halbuki hər gün qapınızın qarşısını təmizləyib, gözəl bir çiçək qoysanız görəsən nəticə necə olar?
 

ŞƏRH YAZIN