Şüuraltının Gücü İlə Nələr Edə Bilərik?

0
18575
Şüuraltının Gücü İlə Nələr Edə Bilərik?

Şüuraltını tam mənası ilə ifadə etmək lazım olsa onun sizin qəbul etdiyiniz hər şeyi qeydiyyata alan bir aparat olduğunu deyə bilərik. Şüurumuz sadəcə gördüklərini, hiss etdiklərini və ya eşitdiklərini qeyd edirsə, təsəvvür edin ki, şüuraltı fərqində olmadığımız və gün ərzində məruz qaldığımız bütün təsirləri qeydiyyata alır. Bu proses tam olaraq belədir: insan şüur ilə fokuslandığı şeyləri fərq edər, lakin şüuraltı hər şeyi fərq edər və bu eynilə bir kameranın sorğusuz sualsız hər şeyi qeyd etməsi kimidir. Amma bizim şüurumuz davamlı bir şeylərə diqqətimizi yönəltməyimizi təmin edir, bunun səbəbi isə şüuraltında olan köhnə mövzularla yeni mövzuların etiketlənməsidir (əlaqələnməsidir) və bundan ötəri heç bir zaman zehnimizin qəbul etdiyi kimi hiss etdiklərimizə, gördüklərimizə tərəfsiz saf gözlə baxa bilmirik.

Budur şüuraltının edə biləcəkləri:
Şüuraltınızda hər problemin cavabı vardır. Yuxuya getmədən əvvəl şüuraltına "səhər altıda qalxacağam." əmrini versəniz sizi tam saatında oyandıracaq. Bioloji saatımız olduğu üçün şüuraltı zamanı gəlincə sizi bir şeyi bəhanə edərək bir şəkildə oyandıracaq.
 
Hər gecə yatarkən öz özünüzə söylədiyiniz müsbət ifadələr sağlamlığınızın qüsursuz olması istiqamətində olarsa, şüuraltınız əmrinizi yerinə yetirəcək.
Şüuraltına ən asan əmr verməyin və onun bu əmrləri qəbul etməsinin bir tək yolu var və bu da ona yaxın olmaqdır. Ona yaxın olma yolu isə tezliyimizin aşağı olmasıdır, bu da zehnimizin açıq olduğu və hər şeyi qəbul etdiyi andır. İnsanın tezliyinin düşdüyü anlardan biri isə yuxuya girmədən əvvəlki haldır, çünki yuxu halı şüuraltı halıdır və açıqdır çox şeyi asanlıqla qəbul edər.
 
Bir kitab ya da möcüzəli bir teatr əsəri yazmaq, fövqəladə bir çıxış etmək istəyirsinizsə, bu fikri sevgiylə hiss edərək şüuraltınıza çatdırın, o da sizə istədiyiniz qarşılığı verəcək. 
 
Əsla "bunu edə bilmərəm" ya da "bunun olması qeyri-mümkün" kimi sözlər söyləməyin. Şüuraltınız bunu olduğu kimi anlayacaq və bu düşüncələrdən ötəri etmək istədiyiniz şey üçün qabiliyyətiniz olmadığını qəbul edəcək. Şüuraltı davamlı təkrarlanan düşüncələri həyatımızdakı qeydə alınmış hər şeylə əlaqələndirir və artıq hər şeydə o halı yaşamağa başlamış olarıq.
 
Sizə zərər verəcək yada canınızı yandıracaq şeylər düşünməyin, çünki nəyə inansanız onunla qarşılaşacaqsınız. Ən doğru şəkildə düşünüb hiss etməyə başlasanız dinc bir zehinə sahib olmanız qaçınılmaz olar. Şüuraltınız, zehininizdən keçirib doğru olduğunu iddia etdiyiniz hər şeyi qəbul edəcək və sizə bunu yaşadacaq.
 
Şüurunuz qapıdakı gözətçidir. Ən əhəmiyyətli funksiyası şüuraltını, səhv təəssüratlardan qorumaqdır. Hər zaman yaxşı şeylərin ola biləcəyini və bu anda olmaqda olduğunu düşünməyi seçim edin.
 
Şüuraltı qeydini indiki zamanı əsas götürərək etdiyi üçün, istədiyimiz hər şeyi indiki zamanda düşünməliyik. Şüuraltı ilə nələr edilə biləcəyinə bir baxaq. Hipnoterapistlər şüuraltına enərək verilən əmrləri qəbul etdirirlər və nə qədər təəccüblü şeylər etdiklərinə inana bilməzsiniz. Bir adama hipnoz edildikdən sonra qoluna qızğın dəmir dəydiriləcəyi təlqini edilir, halbuki yalnız qələmin ucu dəydirilər, lakin şüuraltı onu olmuş kimi qəbul edər və eyni təsiri bədənin hiss etməsini təmin edər. Bir başqa hadisədə isə hipnoz edilən şəxsin göydələn nərdivanlarına çıxması təlqini verilər və uzandığı halda ürək atışları artır, tərləyir və təngnəfəs qalır. Yəgin ki, bu yazıdan sonra şüuraltının nələrə qadir olduğunu az da olsa ifadə edə bildik.  
 

ŞƏRH YAZIN