Uğurumuza mane olan 10 səhv...

0
13317
Uğurumuza mane olan 10 səhv...

Bəzi davranışlarımız fəaliyyətimizi fərqli aspektlərdən məhdudlaşdıraraq uğur qazanmağımıza mane olur. Tənbəllik, lüzumsuz xərclər, hərəkətsizlik, pis vərdişlər sizi varlı olmaqdan uzaqlaşdıran amillərin yalnız bir neçəsidir. 

Hərəkətsizlik 
Elə insanlar var ki, onlar bir çox şeylərin sanki öz – özlüyündən düzələcəyini gözləyirlər. Nələrsə düz getmir və ya nəyisə əldə etmək istəyirlərsə onu ya başqalarından gözləyirlər, yaxud bunun bir hədiyyə kimi onlara sürpriz olunacağına ümid edirlər. Həyat isə acıdır. Lakin əgər siz vəziyyəti dəyişmək üçün heçnə etməsəniz, bu, belə də davam edəcək. Bu səbəbdən bu andan etibarən öz gələcəyinizi dəyişə biləcək bir işə başlayın.
 
Ölçü hissinin olmaması
Vaxtında dayana bilmək o qədər də asan iş deyil. Bu, xüsusən də çox pul xərcləməyi sevən insanlara aiddir. Əgər siz də bu siyahıya aid olduğunuzu düşünürsünüzsə, o zaman özünüzü ciddi nəzarətə almalı, lazımi anda “stop” deməyi bacarmalısınız. Əks təqdirdə, heç bir zaman milyonçu ola bilməyəcəksiniz.
 
Oxumağa tənbəllik
Çoxlu kitablar oxumağa çalışın, hansı ki, həmin an olmasa belə müəyyən müddət sonra bu kitabın faydalı təsirini həyatınızda hiss edəcəksiniz. Özünüzə vaxt qoyun, məsələn, saat 2 – dən 3 - ə qədər kitab oxuyacam və bu müddət ərzində əlavə heç nə ilə məşğul olmayacam kimi... Tənbəllik etməyin, bu sizə xeyir vermir. Hər gün 1 saat sizin üçün maraqlı olan kitab, məqalə və s. oxusanız həm tənbəlliyinizi atmış olarsınız, həm də oxuma vərdişini özünüzdə formalaşdırmış olarsınız. 
 
Heç nəyə həvəs yoxdur
Siz işləyir və axşamlar evə yorğun halda qayıdırsınız. Ilk etdiyiniz şey divanda uzanıb televizora baxmaqdır? Sizin istirahət etdiyiniz vaxtda başqaları daşdan pul çıxarırlar. 
 
Ətrafdakı uğursuzlar
Əgər sizin dostlarınız, əhatənizdəki insanlar həyatda heç bir uğur əldə etməyiblərsə, demək sizin onların yanında işiniz yoxdur. Evripid deyib: “Mənə dostunu göstər, deyim sən kimsən”. Buradan belə nəticə çıxır ki, ətrafımızdakı insanların düşüncə və davranışları bizim həyatımıza təsir edir. Ona görə dostlarınızı düzgün seçin. 
 
Mal dəyəri bilməmək
Smartfonsuz qalmağınızın səbəbini bilirsinizmi? Bəli, insanlar yalnız nəyisə itirəndən sonra onu qiymətləndirirlər. Əlinizdə olanları qoruyun və onları dəyərləndirin.
 
Lazımsız xərclər
Ay ərzində paltar, siqaret, makiyaj, çayxana, pivəyə xərclədiklərinizi hesablayın. Alınan məbləğ sizi şoka salacaq. Lüzumsuz əşyalardansa yalnız faydalana biləcəyiniz şeylərə pul xərcləyin.
 
Pul yığmağa həvəs yoxdur
Növbəti yay gəldi və sizin Havay adalarındakı istirahət arzunuz yenə ürəyinizdə qaldı? Hamısı sizin il boyu qənaət etmədən lazımsız xərclərə yol verməniz və pul yığa bilməməyinizdən qaynaqlanır. 
 
Düzgün olmayan qənaət
Belə bir deyim vardır: “Ucuz şey alacaq qədər varlı deyiləm”. Bu nə mənaya gəlir? Məsələn, geyim. Aşağı keyfiyyətli geyimlər daha tez korlanır və nəticədə, hər mövsüm yeni geyim almaq məcburiyyətində qalırsınız. 
 
Vərdiş
Artıq kasıbçılığa vərdiş etmisiniz. Sizin üçün nədənsə imtina etmək, nəyisə əldə etməyə çalışmaqdan daha asandır. Məhz buna görə də sizin həyatınızda heç bir şey dəyişmir. Passiv həyata alışmaq aktivliyi tamamilə öldürür. Pis vərdişlərinizdən qurtulun!
 

ŞƏRH YAZIN