Ürəkdən İstəsən Əldə Edə Bilərsən

0
2657
Ürəkdən İstəsən Əldə Edə Bilərsən

Bir gün bir cavan oğlan Sokratdan uğurun sirrini soruşur.Sokrat ona sabah çayın sahilində görüşməyi söyləyir.Və səhəri gün onlar görüşürlər.Sokrat ona deyir ki,mənim axamca çaya doğru gəl.

Su getdikcə boğazlarına qədər çatır və elə həmin anda Sokrat oğlanı başından qəfildən tutur və onun başını suya salır.Oğlan suda çırpınmağa başlayır,ancaq Sokrat güclə onu rəngi göy olana qədər suda saxlayır.
 
Sokrat qəfildən oğlanın başını sudan çıxardır.Oğlanın birinci etdiyi şey başını qaldıran kimi havanı ağciyərlərinə qədər çəkmək olur.Sokrat soruşur:”Sən suda olan zaman ən çox istədiyin şey nə idi?”
 
Oğlan qarşılığında istədiyi şeyin “hava” olduğunu deyir.
 
Sokrat o zaman söyləyir ki , bax bu uğurun sirridir.Nə vaxt ki sən uğur qazanmağı havanı istədiyin qədər ürəkdən istəsən o zaman onu əldə edə biləssən.Burda başqa sirr yoxdur.
 
Uğurun sirri məqsədə nail olmaq üçün güclü istəkdən keçir.İnsanın ağlı bir şeyi təsəvvür edə  bilirsə və onun varlığına inanırsa ağıl ona nail olacaq .Güclü istək hər şeyin reallaşma nöqtəsidir.
 

ŞƏRH YAZIN