Şəxsi Fərqindəlik Nə Qazandırır?

0
2834
Şəxsi Fərqindəlik Nə Qazandırır?

Bəzən həyat ağır gəlməyə başlayır. Hətta yaşadığı həyatın insanın özünü aşmağa başladığı, problemlərin içərisindən çıxa bilmədiyi anlar olur. Bir məsələ ilə boğuşarkən başqa biri də əlavə oluna bilər. Boş yerə qoyar dolmaz, doluya qoyar almaz. O zaman bir möcüzəyə ehtiyac duymağa başlanır, bəlkə də…

Birilərinin, bir şeylərin bizi bu xaosun içərisindən çəkib çıxarmasına… Məhz o gözlənilən möcüzənin; İnsanın üstünə minən yüklərdən, baş verən peşmanlıqlardan xilas etməsi gözlənilə bilər.
 
Halbuki insanı özündən başqa xilas edəcək, ya da yaşadığı həyatın xaricinə daşıya biləcək başqa biri yoxdur. Real olunduğunda. Çünki hər şey əslində insanın "mən" ola bilməsində bitər. Başqa bir "Mən" yoxdur. İnsanın özünü düzgün tanıması məhz burada dövrəyə girir: Şəxsi fərqindəlik.
 
İnsan özünü tanıdıqca, şəxsi fərqindəliyi artdıqca nəyi, nə üçün o şəkildə yaşamış olduğunu, olduğu vəziyyətdən necə ən az yara alaraq çıxa biləcəyini də ancaq özü tapa bilər.
 
Bu fərqindəliyi artdıqca yaşadıqlarının onun həyatına nə məna verdiyini, doğru yaşayıbsa davam etməsi, əgər yeriməyən, ya da dincliyini pozan, yoran, xaosa salan və özünü bədbəxt edən bəzi problemlər yaşayırsa da, bu problemlər qarşısında necə ayaqda qalacağı, ya da bu problemi bir daha yaşamamaq adına necə davranması lazım gəldiyini də beləliklə yenə özü həll edə bilər.
 
İnsan bu vəziyyətdə ona rəhbərlik edəcək bir yol xəritəsi çıxara bilər. Keçmişdə yaşadığı və bu an ona mane olan şeyləri geridə qoya və özünü azad etməyi sınaya bilər. Keçmişdə baş vermiş və bu günə zərər verən şüuraltı qəliblərini təmizləmə üsullarına şans verə bilir.
 
Beyninə yerləşmiş qorxular insana hazırda yaşadığı həyatdakı enerjisini bərabərləşdirməsinə mane ola bilir. Bunun fərqinə varan adamlar bu qorxuları ilə üzləşərək, şüuraltı qeydlərini təmizlənməsinə rəhbərlik edə və yerinə müsbət fikirləri qoyma üsulu ilə həyatının qalan hissəsində çox daha xoşbəxt və dinc bir həyat sürməyə nail ola bilir. Həyatdakı çətinliklər bitir mi?
 
Əlbəttə ki, yox, sadəcə adam bu çətinlikləri daha asan və daha az zərərlə, daha qısa proseslərdə, daha asan uyğunlaşma təmin edərək keçməyə nail ola bilir.
 
Enerjisini soran, daim özünə məhdudiyyət qoyan, onu anlamaq əvəzinə mühakimə edən və ya qısaca faydasından çox zərəri olan insanları mümkün olduğu dərəcədə həyatından, ətrafından təmizləyə bilir. Təmizləyə biləcək mühiti yoxdursa, bu şəxslərə qarşı davranış qəliblərini dəyişə bilər. Bu enerji vampirləri təkcə insanlar deyil, insanın irəliləməsinə, firavan həyat sürməsinin qarşısını alan şəxsi kiçik problemlər, vərdişlər, bərkimiş, ancaq bir addım o tərəfə də aparmayan baxış bucaqları da ola bilər.
 
Özünü tanımaq, bir az da insanın həyata, ətrafına qarşı özünü qoruya bilməsində mühüm bir amil kimi gəlir mənə. Özü ilə ya da ətrafdakı insanlar ilə necə ünsiyyət qurması idi, ya da insanın təməldə əslində kim olduğu, nəyi, nə tərzdə yaşamaq istədiyi ilə bağlı məlumatıdır özünü doğru tanımaq. Doydurmalı və xoşbəxt bir həyat insanın öz fərqindəliyi ilə yolunu daha dəqiq tapa bilər.
 
İnsan zərurət duyduğu sahələrdə həyatına dəyişikliklər gətirə bilər. Bu dəyişikliklər sırasında müxtəlif döngələrdən keçə bilər, bəzi təpələrdə ilişə bilər. Amma onu ayaqda saxlayacaq bir məqsədi var, insan özünə mənalı bir söz vermişdir. Bəlkə bu dəyişikliklər zaman alacaq, amma adamı olduğu vəziyyətdən bir üst səviyyəyə çıxaracaqsa, bu prosesdə xərclənəcək əməyə, enerjiyə və zamana dəyəcəkdir.
 
Dəyişikliklər bir az zaman alır, doğrudur.
 
Mübarizə etmək çətin ola bilər. Amma müsbət nəticələr verməyə başlayanda və həyatın keyfiyyəti artdıqca, dəyişikliklərin enerjisini insan özündə hiss edəcəkdir. Baş verən bu hadisələr, dəyişikliklərin stressini yavaş-yavaş insanın üzərindən qaldırmağa, yerini yepyeni, təzə bir həyat enerjisi ilə doldurmağa başlayacaq.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN