1. Nitq də digər dil sənətləri kimi təhsil yolu ilə inkişaf etdirilə bilər. Əgər təhsil ciddi və sağlam deyilsə, irəli yaşlarda nitq qabiliyyətinin inkişafı çətinləşir. Nitq təhsili yalnız təhsil şəklində deyil, yeri gəldikcə oyun, tətbiqi və təhsil şəklində verilməlidir.
2. Nitq təhsilinin əsas məqsədi insanın duyğu və fikirlərini rahatlıqla ifadə edə bilməsini təmin etməkdir. Buna görə də danışmaqla sosiallaşma arasındakı maraq birbaşa gözardı edilməməlidir.
3. Müasir cəmiyyət həyatının tələb etdiyi bütün nitq növ və formaları insanlara qazandırılmalıdır.
4. Uşaq 4 yaşından etibarən aldığı nitq təhsili sonunda qarşılaşdığı müxtəlif kütlələr qarşısında necə danışacağı barədə maarifləndirilməlidir. Yəni nitq təhsili vahid və standart deyil. Sosial siniflərə və yaş qruplarına görə dəyişir. Bu məqamlara diqqət edilmədən veriləcək ümumi təhsil şəxslərin normal nitq vərdişi əldə etmələrini təmin etmənin xaricində başqa bir şey qazandırmayacaqdır. Təkamül etmiş, inkişaf etmiş bir dil zövqünün və nitq vərdişinin qazanılmasında fərdi qabiliyyətlərin və sahib olunan mədəni quruluşun nəzərə alınmasının böyük əhəmiyyəti vardır.
5. Nitq təhsilində dağıdıcı yox, konstruktiv olunması lazım olduğu mütləq öyrədilməlidir. Diqqət çəkmək üçün bayağı və sadə şeyləri izah etmək kimi asanlığa qaçılmamalıdı.
6. Nitq təhsili əsnasında danışmağa mütləq çox yaxşı hazırlaşmağın lazım gəldiyi öyrədilməlidir. Nitqin əsas faktorları yan faktorları müəyyən etmədən, harada nə qədər bəhs ediləcəyi nizamlanmadan aparılacaq söhbətin uğursuz olacağı izah edilməlidir. Bu təhsil zamanı məruzəçiyə, xitab ediləcək birliyin təhsil səviyyəsini, şəxsi maraqlarını və s. nəzərə almalarının vacibliyi də öyrədilməlidir.
Hazırda radio və TV kanallarının çoxalması, özəl sektorda rəhbərin gözəl və doğru danışan personalı işə almaq istəməsi kimi səbəblərlə gözəl nitq dərsləri verən kurslar təşkil olunmağa başlandı. Dövlət məktəblərində verilməyən bu təhsil teatr sənətkarları və təcrübəli diktorlar tərəfindən verilir. Müəyyən bir proqramı olmayan bu kurslarda tənzimləyicilərin təqdirinə və seçiminə görə kurs proqramları həyata keçirilir.
Gənclərin cəmiyyət içində möhkəm yer tutmaları və peşələrində uğurlu olmaları üçün nitq təhsilinin istənilən səviyyədə və məqsədinə uyğun aparılması təmin olunmalıdır. Orta dərəcəli məktəblərimizdə oxudulan dil və ədəbiyyat dərslərinin tədris plan proqramlarında nitq təlimi ilə bağlı hər hansı məlumat yoxdur. Qaldı ki, belə bir şey olsa belə bu dərsi verən yetişmiş müəllim tapmaq mümkün deyil. Orta dərəcəli məktəblər üçün müəllim hazırlayan məktəblərin heç birində bu təhsil verilmir.
Doğru düşünən və düşündüklərini yaxşı ifadə edə bilən gənclər yetişdirmək məcburiyyətindəyik. Yaşadığımız fikir və düşüncə qarışığının əsasında bu var. Nitq tərbiyəsi dərsinin müstəqil və məcburi dərs halında proqrama qoyulması bir ehtiyacdır. Bu imkan yoxdursa, Azərbaycan dili və Ədəbiyyat dərsi içində kompozisiya dərsiylə çevrilməli olaraq aparılmasına çalışılmalıdır.
Korrektə etdi: Hürü Mustafayeva