Planlı İş Görmək Lazımdır

0
3015
Planlı İş Görmək Lazımdır

Uğur qazanmaq üçün planla işləməyi bacarmalıyıq . Plan -  işlərinizi təyin edilən vaxtda  bitirmənizi tələb edir,qarşınıza məqsəd qoyduğunuzda  isə daha tez çatmağınıza səbəb olur. Məsələn; siz işlərinizi 1 saat sonra təhvil verməlisiniz, plan sizi ruhlandıırıb işlərinizi tez bitirməyiniz üçün həvəsləndirəcəkdir...Ancaq plan olmazsa həm içimizdə motivasiya yaranmaz, həm də işlərimizi tez bitirmək üçün məsuliyyət hiss etmərik. Yorulan kimi, tez həvəsdən düşər; bu qədər kifayətdir deyərik. 
 
Planla işləmək üçün, ilk öncə gündəlik zaman cədvəli hazırlamalısınız. Səhər durmağımız sonra nə iş görəcəyimiz, boş vaxtlarımız, iş zamanlarımız - bunların hamısını bir-bir qeyd etmək lazımdır. Heç bir detalı nəzərdən qaçırtmamalıyıq. Bu planla çalışmaq əvvəllər çox ağır ,əziyyətli hətta sıxıcı gələ bilər. Amma bir müddət sonra planlı hərəkət etməyi adət edinəcək və zamandan necə səmərəli istifadə etməyi öyrənəcəksiniz.  
 
Plan tərtib edərkən hədəfləriniz və prioritetlərinizi dəqiq müəyyən etməlisiniz. Planı hansı məqsədlə tərtib etdiyinizi bilmək lazımdır. Bir məqsəd yoxkən plan tərtib edirsinizsə bilin ki, bu plan tətbiq edilmir. Məqsədlər və prioritetlərimizi doğru, dəqiq təyin edib, planı həmin meyarlara uyğun tərtib etməliyik.
 

ŞƏRH YAZIN