Tənqidə doğru yanaşmaq üçün...

0
2565
Tənqidə doğru yanaşmaq üçün...

1.Gözəl dinləyici olun - Digərlərinin dediklərinə qulaq asmaq üçün bir qədər vaxt ayırın. Əgər siz qarşınızdakının əslində nə demək istədiyini bilmədən qəflətən reaksiya versəniz, səhvə yol vermiş olacaqsınız.
 
2.Təmkinli davranın - Heç vaxt tənqid eşitdikdə özünüzə nəzarəti itirməyin. Bu vəziyyəti daha da pisləşdirə bilər. Fəaliyyətinizlə bağlı dəyərli informasiya, xələl gətirməklə yanaşı, sizin özünüzə nəzarəti itirməyiniz müvazinətinizin zəif olduğunu göstərir. Əgər siz özünüzü təzyiq altında hiss edirsinizsə, ovcunlarınızı birləşdirin və dərindən nəfəs alın. Bu sizi sakitləşdirəcək və özünüzü daha yaxşı hiss edəcəksiniz.
 
3.Hisslərinizi ağlınızla idarə edin - İnsanların onları incidən şeylərə qarşı həssas olması təbiidir. Bu bizim məsələyə yanaşma tərzimiz subyektiv olduğu zaman yaranır. Əgər biz hadisələrə obyektiv (qərəzsiz) yanaşa bilsək, məsələdən daha yaxşı agah ola bilərik. Hisslərinizlə davranmadan öncə ağlınıza güvənin və tənqidin sizə necə müsbət təsir göstərə biləcəyi barəsində düşünməyə çalışın.
 
4.Səhvlərinizi başa düşün - Səhvlərini qəbul etməyən şəxslər tənqiddən fayda götürə bilməzlər. Yalnış anlaşılmadığı təqdirdə tənqid səhvləri aşkarlamağın bir yoludur. Siz səhvlərinizi səmimi olaraq boynunuza götürdüyünüz zaman, tənqidə uğura çatmaq üçün vasitə kimi yanaşacaqsınız. Rəylər şübhəsiz səhvləri azaldır və düzlüyü artırır.
 
5.Tənqidçinin niyyətini başa düşün - Nə zaman ki, rəyləri qəbul edirsiniz onu bildirənin niyyətini anlamağa bir addım yaxınlaşırsınız. Tənqid inkişafa zəmin yaratmaqla yanaşı ruhdan salıcı da ola bilər. Həmçinin qarşınızdakına narahatlığına görə təşəkkür etməyi və ondan da eyni tərzdə davranmasını gözlədiyinizi vurğulamağı unutmayın.
 
6.Düzəldici tədbirlər görün - Tənqidi nəzərə aldıqdan sonra müvafiq düzəldici tədbirlər görün. Gələcəkdə hərəkətlərinizi necə düzəltməyin yollarını araşdırın. Siz həmçinin inkişaf etməyiniz üçün sizə faydalı rəylər bildirən insanlardan məsləhət ala bilərsiniz.
 

ŞƏRH YAZIN