Yaradıcılıq Nədir?

0
6431
Yaradıcılıq Nədir?

Yaradıcılıq olmayan bir şeyi xəyal edib, nəzərdə tutulanı başqalarından fərqli yolla edə bilmək və yeni fikirlər yaratmaq qabiliyyətidir.Daha doğrusu yaradıcılıq hər kəsin gördüyünü görüb, onunla bağlı fərqli yeni ideyalar fikirləşməkdir.Yaradıcılıq gündəlik baş verən hadisələrə digərlərindən fərqli şəkildə baxmaqdır.Eyni zamanda yaradıcılıq nəyəsə fərqli yanaşma tərzidir.
 
Əgər biz həyatımızda gündəlik işlərimizi fərqli və yeni yollarla ediriksə bu bizim yaradıcılığımızdan xəbər verir.Misal üçün, evinizdə və ya iş yerinizdə hər gün etdiyiniz işlərinizi başqa bir formada, dəyişik şəkildə etsəniz, amma yenə eyni nəticəni əldə etməyiniz, etdiyiniz işə yaradıcılıq qatmış olarsınız.Ancaq insanlar arasında “yaradıcılıq nədir?” deyəndə; bəziləri Bethoven, Mosart, Da Vinçi, Pikasso, Edison və digərlərini ağıllarına gətirirlər.
 
Yaradıcılıq zehni fəaliyyətin ortaya çıxardığı fərqli bir qabiliyyətdir.Yaradıcılıq insanların dünyaya gəldikləri andan onunla birgə yaranan bir xüsusiyyətdir.Hər insanda az və ya çox dərəcədə yaradıcılıq vardır.
 
Fikir bildirmək,xəyal gücünü işə salıb ağlın üzərində dayanan yeni bir əlaqənin yaranması ilə əsl yaradıcılıqdır.Bəzən insanın xəyal etdiyi nəsə bir fikir o qədər də məntiqli olmaya bilər amma sonra o fikrin yeni bir fikir olduğunu hiss edərsiniz.
 
Qarşılaşdığın,rastlaşdığın hər nəyəsə qarşı yeni fikirlər səni əhatə edirsə demək artıq sən yaradıcı insansan.
 
Son olaraq yaradıcılıq:
 
1.Yeni bir nəyisə yaratmaq bacarığı 
2.Zəka,düşüncə və xəyal gücündən istifadə edərək görülməyən yeni fərqliliyin ortaya çıxmasıdır.
 

ŞƏRH YAZIN