Düşüncələrindən Başla!

0
2341
Düşüncələrindən Başla!

Eyni mövqelərinizlə həm eyni insanda, həm də fərqli insanlarda hər zaman eyni səhvi edirsinizsə, və ya həyatınızla bağlı həmişə yalnış qərarlar qəbul edirsinizsə, bu bir səhvdir yoxsa bir seçim? Bunu bir düşünün.
 
Edilən hər bir şeçim, insanın həyatını ya gülə döndərər, ya da zindana. Gələn gül insana rahatlıq, sakitlik bəxş edər, zindan isə insanın həyatını cəhənnəmə çevirər. Bəlkə də bu artıq bəzi dəyişikliklərin aparılmasına bir işarədir.
 
Biz əslində eyni şeyləri edib fərqli nəticələr gözləyirik. Ancaq belə olmamalıdır. Artıq həyatınızda dəyişikliklər etməyinizin tam vaxtıdır. Bunun üçün ilk öncə düşüncələr dəyişilməlidir. İndi isə aşağıda yazılanları diqqətlə oxuyun və əməl etməyə çalışın:
 
1. Özünü kəşf et və idarəetməni bacar. Daxili tarazlığını və rahatlığını tap.
 
2. Sən çox qiymətlisən və heç kimsənin, heç bir söylədiyi söz sənin bu dəyərini dəyişdirməz.
 
3. Müsbət duyğular da, mənfi duyğular da insandan insana keçə bilər, əhatəni pozitiv insanlarla genişləndir.
 
4. Bacara bilməzsən, edə bilməzsən kimi sözləri tamamilə yadından çıxart. İlk öncə özünə dəyər ver və güvən.
 
5. Başqalarından mədət ümid edərək, boş gözləntilər ilə başqalarına bağlanaraq heç vaxt güclü və özün ola bilmərsən. Və unutma ki, belə edərək çox zaman yarı yolda qalarsan.
 
6. Günə necə başlasan bütün günün elə gedəcəyini düşünərək yeni günə başla.
 
7. Deyinərək başladığın günün davamı deyinməklə keçirəcəyin hadisələri, gülümsəyərək və müsbət başladığın günün davamı sənə sadəcə səni güldürəcək hadisələr gətirər.
 
8. Dəyişiklik imkanlarını izlə, hərəkətə keç. Yaradıcılığını düzgün istifadə et.
 
9. Səhv edəndə bunu qəbul etməsini də bil. Özünü yeyib bitirmə, amma mütləq dərs al.
 
10. Əgər həyatında bolluq şüurunu yaratmaq istəyirsənsə, hər səhər oyananda, axşam başını yastığına qoyduğunda ilk öncə ən xırda şeylər üçün belə bir şəkildə şükr et.
 
11. Günə hər zaman erkən başla.
 
12. Bədənini sev. Ona yaxşı bax.
 
13. Yeri gəldiyində özünə sürprizlər etməyi də bil. Çox mu boğulursan?, dərhal ən sevdiyin şeyi et. Saçını düzəltdir, bir dondurma al, çəmənliklərdə gəz, qaç, bir dostuna zəng et, övladın varsa, onu qucaqla, musiqi aç, rəqs et, azad hiss etməli və səni xoşbəxt edən hər nə isə onu et. Özünü uğurlu olduğunu gördüyün məsələlərdə tez-tez mükafatlandır.
 
14. Öz sərhədlərin və ətrafına göstərdiyin ardıcıl prinsiplərin olsun ki, başqaları sənin xəttini keçib səni yora bilməsin.
 
15. İlərləməyinə və uğur qazanmağına mane olan, ya da əhvalını aşağı salacaq sözlər deyən hər kəsdən və hər şeydən uzaqlaş. Əgər məsləhət almaq istəsən də doğru insanlardan al.
 
16. Hər şeyini hər kəsə danışma. Unutma bir gün dost dediyin insan artıq dostun deyilsə, sənin hər şeyin hər kəsə yayıla bilər. Özünü qoru.
 
17. Hər gün mütləq çox az da olsa kitab oxu.
 
18. Danışmamışdan əvvəl yaxşı düşün.
 
19. Sadəcə yerinə yetirə biləcəyin xahişləri qəbul et. Əgər yox deməyi öyrənə bilməsən üstünə aldığın lazımsız məsuliyyətlərin çoxu çiynində yalnız yük olar.
 
20. Və son olaraq: Sizdən başqa kimsə, sizin gəminizin həqiqi kapitanı ola bilməz!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN